Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22

ABŞ-ın liderliyini müdafiə edənlərin sayı azdır


Amerikanın liderliyini istəməyənlərin siyahısında Avropa birincidir

Amerikanın liderliyini istəməyənlərin siyahısında Avropa birincidir

Amerikanın liderliyini müdafiə edənlərin sayı azdır. «Gallup» İnstitutunun 140-a yaxın ölkədə keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Ümumilikdə respondentlərin 32%-i Birləşmiş Ştatların liderliyini müdafiə edir. Yaxın Şərq, Şimali Afrika və Avropada ABŞ-ın liderliyini istəməyənlər daha çoxdur. Elə ən çox maraq doğuran da Avropadır. Avropa ölkələrinin çoxu Birləşmiş Ştatlarla müttəfiqdir. Amma Amerikanın liderliyini istəməyənlərin siyahısında Avropa birincidir. Avropa ölkələrindən yalnız İspaniya, Belçika, Almaniya və Fransada ABŞ-ın liderliyinə etiraz etmirlər.


Başqa bir sorğu da Avropanın Amerikaya münasibətinin soyuq olduğunu göstərir. Amma sorğu nəticəsində o da məlum olub ki, Birləşmiş Ştatların liderliyini müdafiə etməyən ölkələr yeni Amerika prezidentinin təşəbbüslərini daha yaxşı qəbul edəcəklər.


Yanvarda «British Council»un apardığı sorğu zamanı almanların 75%-i, ispanlarınsa 67%-i deyib ki, Birləşmiş Ştatlarla daha yaxın əməkdaşlığın tərəfdarıdır. Amma Fransada respondentlərin cəmi 40%-i Amerikayla yaxınlaşmaq istəyir.


Yaxın Şərqdə və Şimali Afrikada isə gələcək Amerika prezidentinin işi çox olacaq. İraqdakı müharibə, terrorla mübarizə, İsrail-Fələstin münaqişəsi, İranla gərginlik və üstəlik, Amerikanın liderliyinə mənfi münasibət…


Düzdür, İsraildə və Mərakeşdə respondentlərin yarıdan çoxu ABŞ hökumətinin işini bəyəndiyini bildirib. Daha dəqiq İsraildə respondentlərin 66%-i, Mərakeşdə 55%-i bu fikirdədir. Dünyanın heç yerində Amerikanın liderliyini Mərakeş və İsraildəki qədər bəyənmirlər.


Amma Birləşmiş Ərəb Əmirliklərində Birləşmiş Ştatların liderliyini müdafiə edənlər 7%, Sıudiyyə Ərəbistanında 9%, Yəməndə 11%, Fələstində 12%, Misirdə 13%-dir.


Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Livan, İordaniya, Küveyt və İranda respondentlər deyirlər ki, onlar Amerikanın iqtisadi inkişaf və demokratiyanı təbliğ etməkdə ciddi olduğuna inanmırlar.


Sorğu zamanı respondentlərlə ya telefonla, ya da üzbəüz söhbət aparılıb. 140 ölkənin hər birində min adam sorğuda iştirak edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG