Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:53

Əli İnsanov da aclıq edir


Sabiq səhiyyə naziri Əli İnsanov 13 saylı həbsxanada aclıq aksiyasına başlayıb
Sabiq səhiyyə naziri Əli İnsanov 13 saylı həbsxanada aclıq aksiyasına başlayıb

Sabiq səhiyyə naziri Əli İnsanov 13 saylı həbsxanada aclıq aksiyasına başlayıb. Onun vəkili Ağaveyis Şahverdinin «Azadlıq» radiosuna dediyinə görə, sabiq nazir bu addımı jurnalistlərin aclıq aksiyasına dəstək vermək üçün atıb.


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə Əli İnsanovun müraciəti barədə xəbərsiz olduğunu bildirir.


«Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu deyir ki, aprelin 3-də səhhəti pisləşdiyi üçün üç jurnalist - Zahid Səfəroğlu, Zamin Hacı, Elşən Balaxanlı aclıq aksiyasını dayandırıb.


Şahvələd Çobanoğlu deyir ki, onlara dəstək vermək üçün Azərbaycan Klassik Xalq Cəbhəsinin İdarə Heyətinin 14 üzvü də birgünlük aclıq aksiyasına başlayıb.


«Müxalifət» qəzetindən bildiriblər ki, qəzetin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadə də aclıq aksiyasına başlayıblar. Rövşən Kəbirli mədə yarası olduğuna görə aksiyanı aprelin 4-də dayandıracaq, Yaşar Ağazadə isə səhhəti imkan verdiyi qədər aksiyaya dəstək verəcək.


Jurnalistlər 9 gündür ki, aclıq edirlər. Onlar həbsxanadakı həmkarları Eynulla Fətullayevə dəstək vermək üçün bu vasitəyə əl atıblar.


Fətullayev martın 26-dan aclıq edir. O, həmkarlarının azadlığa buraxılmasını, özünün məhkəmə işinə yenidən baxılmasını və Avropa Şurası, həmçinin, ATƏT Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG