Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:53

İlham Əliyevlə həmsədrlərin görüşü gərgin keçib


Həmsədrlər prezidentlə görüşdə mövqelərini əsaslandırmağa çalışıblar
Həmsədrlər prezidentlə görüşdə mövqelərini əsaslandırmağa çalışıblar

Bu barədə Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. Prezident həmsədrlərlə NATO sammiti çərçivəsində görüşüb.


Novruz Məmmədov «AzərTAc»a bildirib ki, dövlət başçısı həmsədr ölkələrin BMT-də Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin əleyhinə səs vermələrinə aydınlıq gətirilməsini istəyib. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.


Diplomatlar öz mövqelərini yayacaqları xüsusi bəyanatda da bildirəcəklər.


Həmsədr ölkələr martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında sözügedən qətnamənin əleyhinə səs veriblər.


Sonradan həmsədrlər belə addım atmalarının səbəblərini açıqlayıblar: «Tərəflər razılığa gəliblər ki, bütün detallar yalnız hər iki tərəfin razılığından sonra qüvvəyə minə bilər. Amma, BMT Baş Assambleyası tərəfindən qəbul olunan bu qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir və Minsk qrupu həmsədrlərinin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Minsk qrupuna həmsədr olan ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə bu birtərəfli qətnamənin əleyhinə çıxıblar».




AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG