Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:11

Diplomatlar aclıq edənlərə baş çəkiblər


Aclıq edən jurnalistlər deyir ki, aksiyanı dayandırmağın əhəmiyyəti yoxdur
Aclıq edən jurnalistlər deyir ki, aksiyanı dayandırmağın əhəmiyyəti yoxdur

«Çox təəssüf edirik ki, Azərbaycan jurnalistləri özlərini müdafiə etmək üçün bu cür aksiyalara əl atmağa məcbur olublar».


Bunu ATƏT-in Bakı ofisinin demokratikləşmə məsələsi üzrə rəhbəri Juliane Markard-Narten aprelin 2-də aclıq edən jurnalistlərə baş çəkərkən bildirib. Onun sözlərinə görə, ATƏT aksiyanı narahatlıqla izləyir:


«Vəziyyətin tezliklə dəyişəcəyinə, həll yolunun tapılacağına ümid edirik. ATƏT bu məsələnin həlli üçün əlindən gələni edəcək».


ATƏT rəsmisi ilə birlikdə Norveçin Azərbaycandakı səfirliyinin nümayəndəsi Riçard Skarborouh da aksiya yerinə baş çəkib, tələblərlə maraqlanıb.


Jurnalistlər 8 gündür ki, aclıq edirlər. Onlar həbsxanadakı həmkarları Eynulla Fətullayevə dəstək vermək üçün bu vasitəyə əl atıblar.


Aprelin 2-də aksiyaya siyasətçilər də qoşulub: millət vəkili Pənah Hüseyn, Liberal Demokrat Partiyasının sədr əvəzi Əvəz Temirxan və Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Mustafayev. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və hazırda həbsdə olan Mirzə Sakit də bu gündən aksiyanın iştirakçısıdır.


Aclıq edənlərdən Elşən Balaxanlı və Zahid Səfəroğlu deyirlər ki, səhhətləri normaldır:


«Halsızlıq və yuxusuzluğumuz var. Bir balaca da işığa və səs-küyə həssaslıq yaranıb. Hələ dözürük».


Aksiyaya sonradan qoşulmuş Yeni Müsavat qəzetinin yazarı Zamin Hacı deyir ki, aclığı yarımçıq dayandırmağın əhəmiyyəti yoxdur:


«Bütün hallarda, əgər Azərbaycanda jurnalistika fəaliyyəti ilə məşğul olmaq insanın qətlə yetirilməsi deməkdirsə, onda fərqi yoxdur ki, elə uzanıb burada da ölə bilərik. Mən 18 ildir ki mətbuatdayam. Heç vaxt aclıq etməmişəm. Amma artıq görürəm ki başqa yol yoxdur».


AXCP sədrinin müavini Fuad Mustafayev isə deyir ki, siyasətçilərin jurnalistlərə dəstək verməsində məqsəd beynəlxalq ictimai rəyə yönəlib.


Aprelin 2-də Eynulla Fətullayevin atası həbsxanada jurnalistə baş çəkib. Emin Fətullayev «Azadlıq» radiosuna deyib ki, oğlunun səhhəti yaxşıdır, bir qədər arıqlayıb. Həbsxanada ona heç bir təzyiq yoxdur.


Fətullayev martın 26-dan aclıq edir. O, həmkarlarının azadlığa buraxılmasını, özünün məhkəmə işinə yenidən baxılmasını və Avropa Şurası, həmçinin, ATƏT Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG