Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:13

«Boykot qaçılmaz olacaq…»


«Vəziyyət indiki kimi davam edərsə, onda boykot haqqında qərar qəbul olunacaq»
«Vəziyyət indiki kimi davam edərsə, onda boykot haqqında qərar qəbul olunacaq»

«Azadlıq» blokunda təmsil olunan partiyalar demokratik şərait yaradılmayacağı təqdirdə prezident seçkilərinin aktiv boykot edilməsinin tərəfdarıdır. Blokda təmsil olunan AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli deyir ki, onlar elə bir boykotun tərəfdarıdırlar ki, bunu bütün cəmiyyət hiss etsin:


«Yəni oturum yerimdə cəmiyyətlə işləməyim, bununla seçkini boykot edim bu nəzərdə tutulmayıb. Yəni cəmiyyətdə iş gedəcək, mətbuatda çıxışlar olacaq ki, cəmiyyət boykot qərarının qəbul edilməsində partiyaların haqlı olduğunu aydın görə bilsin».


İlham Hüseynli deyir ki, seçkidə namizəd kimi iştirak edib, televiziyalarda təbliğat-təşviqat çıxışları etmək, seçki ərəfəsində kütləvi aksiyalar keçirəndən sonra boykot qərarını bəyan etmək kimi məsələlər blokun qəbul edəcəyi qərarlardan asılı olacaq.


Bu məsələ hələ müzakirəyə çıxarılmadığından blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, onlar hazırda boykot yox, seçkidə iştirak edib-etməmək barədə müzakirələr aparırlar: «Biz istəyirik seçkilərdə iştirak edək dəyişikliklərə nail olaq. Bu siyasi baxımdan bizim ümdə hədəflərimizə daxil olan məsələlərdəndir. Əgər boykot qərarı digər arqumentləri üstələsə, onda buna baxacağıq. Vəziyyət indiki kimi davam edərsə, onda boykot haqqında qərar qəbul olunacaq».


«Azadlıq» blokunda təmsil olunan partiyalardan fərqli olaraq Müsavat hesab edir ki, bu addım problemdən çıxış yolu deyil. Partiyanın başqan müavini Arif Hacılıya görə, əksinə, boykotdansa seçkidə iştirak etməklə nəyəsə nail olmaq olar: «Ona görə, biz düşünürük ki, seçkidə iştirak etməklə çox şey əldə etmək olar nəyinki boykotla».


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, müxalifət partiyalarının boykot çağırışı Azərbaycanda seçki fəallığına heç cür təsir etməyəcək. «Əgər müxalifət partiyalarının bəziləri hesab edirlərsə ki, seçkini boykot etməklə beynəlxalq rəyə təsir edəcəklər, onlar çox böyük yanlışlığa yol verirlər».


«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, müxalifət partiyalarının aktiv boykot məsələsi baş tutan bir məsələ olarsa, bu kifayət qədər ciddi təsirə malik olacaq. Amma o, burda bəzi problemli məsələlərin olduğunu deyir. Onun sözlərinə görə, əsas problem odur ki, boykotla bağlı müxalifət partiyalarının özləri arasında yekdil fikir yoxdur.


Azər Rəşidoğluna görə, hətta partiyalar sözü bir yerə qoyub aktiv boykota getsələr belə bu, nəticəyə hansısa formada ciddi təsir etməyəcək. Digər tərəfdən seçkinin alternativ namizədlərin iştirakıyla keçdiyini göstərmək üçün hakimiyyətin yaxşı imkanları var ki, müxalifət adı altında xeyli namizədlər qeydə alsın. Bu baxımdan da şərhçi hesab edir ki, bu ilki prezident seçkilərini aktiv boykot etməkdən danışmağa dəyməz.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG