Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Uşaq ədəbiyyatının böyük problemləri…


«Uşaqlar üçün nəzərdə tutulan əsərlər canlı danışıq dilində yazılmalıdı»
«Uşaqlar üçün nəzərdə tutulan əsərlər canlı danışıq dilində yazılmalıdı»

Kamran ərklə söylədi
Alma ağacı, salam.
Küskün ağac dilləndi
Yox halım, salam alam.


***


Bilir dost, bilir yağı,
Durublar sacayağı
Bir-birinin dayağı
Bakı-Təbriz-Ankara.


***


Cənazələr yol edir,
Bir-birindən qüdrətli,
Güclü çiyinlər üstə.


Bu nümunələr uşaqlar üçün yazılan, hətta bəziləri dərsliklərə salınan şerlərdən götürülüb. 12 yaşlı qızının mütaliəsinin qayğısına qalan Nailə Yaqublu deyir ki, o, məzmunu, qafiyəsi, mənası olmayan bu cür şerlərə rast gəldiyi üçün müasir uşaq ədəbiyyatı almaqdan imtina edib, yalnız klassik dünya uşaq ədəbiyyatına üstünlük verir, amma bu kitabları da tapa bilmir:


«Mən istəyirəm ki, uşaq klassik dünya ədəbiyyatını oxusun. Amma nə mağazalarda bunu tapmaq olur, nə də kitabxanalarda. Yaxşı olardı ki, dili mükəmməl bilmək üçün Azərbaycanca oxusun».


Nailə Yaqublunun fikrincə, uşaqlara təklif olunan müasir Azərbaycan uşaq ədəbiyyatında dil qüsurları, təfəkkür kasadlığı var: «Bəlkə də peşəmdən irəli gəlir, mən belə hallara ciddi yanaşıram».


Müasir uşaq ədəbiyyatının ciddi problemləri olması ilə Yazıçılar Birliyinin uşaq bölməsinin rəhbəri şair Qəşəm Nəcəfzadə də razılaşır. Onun fikrincə, Azərbaycan müasir uşaq ədəbiyyatında çatışmayan ən əsas məqamlar uşaq təfəkkürünün, uşaq duyumunun olmamasıdı, uşaqların böyüklər kimi danışdırılmasıdı. Həmçinin süni vətənpərvərlik hissləriylə kütləvi uşaq obrazlarının yaradılması da bu sıraya aid problemlərdəndir:


«Bizdə sovet dövründə bir tərbiyə varıydı ki, uşaq nizam-intizamlı olmalı, sığallı davranmalıdır. Bizdə çox ciddi valideyn intizamı olur, «onu eləmə, bunu eləmə». Amma uşaq dərsdən «iki» də ala bilər, uşaq süd içəndə hər yeri bulaya da bilər».


Daha çox uşaq yazarı kimi tanınmış Zahid Xəlil isə deyir ki, Azərbaycanın müasir uşaq ədəbiyyatına yeni imzalar gəlir, amma onun fikrincə, hələlik bu yük köhnə uşaq yazarlarının çiynindədi. Bəs Azərbaycanda məsələn, dünyada tanınmış «Uzun corab» Peppi, Karlson, Piter Pen və ya Şerik kimi personajlar varmı? Zahid Xəlil deyir ki, o, özlərini bu personajları yaradan yazarlarla müqayisə etmək istəməzdi: «Biz özümüzü onlarla müqayisə edə bilmərik. Bunların çoxunu Danimarka xalqı yaradıb, onlar da uşaq ədəbiyyatıyla yaşayırlar. Amma bizdə də yaxşı əsərlər yazılır, personajlar var, sadəcə təbliğat yoxdu».


Yazıçılar Birliyinin uşaq bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə isə deyir ki, bu sahəni inkişaf etdirmək üçün uşaq ədəbiyyatının tənqidinə ciddi ehtiyac var, o cümlədən uşaqlar üçün nəzərdə tutulan əsərlər canlı danışıq dilində yazılmalıdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG