Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

«Bakı Soveti» bağlanır


Stansiyada yenidənqurma işlərinin bu ilin sentyabr ayına qədər davam edəcəyi gözənilir

Stansiyada yenidənqurma işlərinin bu ilin sentyabr ayına qədər davam edəcəyi gözənilir

«Metronun «Bakı Soveti» stansiyası aprelin 7-dən bir ay müddətinə bağlanacaq». Bu barədə «Media forum» saytına Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayev məlumat verib. Onun sözlərinə görə, stansiyanın bağlanması burada aparılan yenidənqurma və əsaslı təmir işləri ilə bağlıdır.


«Bakı Soveti» stansiyasında yenidənqurma işləri ötən ilin noyabrından başlanıb. Stansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar isə bu il fevralın 10-dan giriş hissənin günbəzi sökülməyə başlayıb. Bu proses hələ də davam edir.


Günbəzin sökülməsindən sonra stansiyanın aşağı və yuxarı vestibülündə işlər başlayacaq. Giriş hissəsində piramidanın qurulmasına başlanacaq. Paralel olaraq içəridə döşəmələr dəyişdiriləcək və digər işlər görüləcək.


Stansiyada yenidənqurma işlərinin bu ilin sentyabr ayına qədər davam edəcəyi gözənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG