Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:39

Avropa Şurasının xüsusi nümayəndəsi aclıq edən jurnalistlərə baş çəkib


«Avropa Şurasının bütün monitorinq qrupları Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı məşğul olacaqlar».


Bunu Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia aprelin 1-də aclıq aksiyası keçirən jurnalistlərə baş çəkərkən deyib.


O, bildirib ki, bütün bu problemlərin yaxın zamanlarda həllini tapacağına ümid edir:


«Azərbaycanda son dövrlər söz azadlığı sahəsində vəziyyət daha da pisləşib. Bu pisləşmənin fonunda jurnalistlərə olan fiziki hücumlar tamamilə qəbul edilməzdi».


Avropa Şurasının rəsmisi qurumun Baş katibinə gördükləri və eşitdikləri barədə mütləq məlumat çatdıracağını deyib:


«Mən çox təəssüf edirəm ki, siz öz səsinizin eşidilməsi üçün bu cür vasitələrə əl atmalı olursunuz».


XS
SM
MD
LG