Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:33

Novruz Məmmədov NATO-nu tənqid edir


«Azərbaycanın NATO-dan konkret gözləntiləri var»

«Azərbaycanın NATO-dan konkret gözləntiləri var»

«Azərbaycanın NATO-dan konkret gözləntiləri var». Bunu «Azadlıq» radiosuna müsahibəsində Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, birinci gözlənti münaqişələrlə bağlıdır. Bakı gözləyir ki, NATO bir vaxtlar qəbul etdiyi prinsiplərə indi əməl edəcək, ya yox: «Münaqişələr NATO-nun ən birinci diqqət mərkəzində olmalıdır. Amma təəssüf ki, yeri gələndə bu, NATO üçün bir nömrəli məsələ olur - Avropada Kosovo problemi yaranarkən - yeri gələndə isə yox. Azərbaycan da Avropa dövlətidir, belə olmalı deyil».


Məmmədov diqqəti ona yönəldib ki, Bakı Avropanın enerji təchizatında mühüm rol oynayır, NATO da bunu görməli və qiymətləndirməlidir: «Biz NATO ilə bir çox proqramlar çərçivəsində əməkdaşlıq edirik, uğurlu addımlar atırıq, baxmayaraq ki, çox mürəkkəb geosiyasi məkandayıq. Bizim gözləntilərimizə hələlik tam reaksiya yoxdur».


Bakının NATO-dan sonuncu gözləntisi isə sivilizasiyalararası dialoqla bağlıdır.


Novruz Məmmədov: «NATO düşünməsin ki, bu planetdə ancaq Qərb var. Şərq də var, islam dünyası da. Bunu nəzərə almaq və ədalətli, səmimi əməkdaşlığa girmək lazımdır».


Şöbə müdiri deyib ki, Azərbaycan NATO-nun islam ölkələri ilə əməkdaşlığında köprü ola bilər.


Arelin 3-4-də Buxarestdə NATO-nun növbəti zirvə toplantısı keçiriləcək. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG