Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:42

«Azərbaycanın ATƏT-ə sorğu göndərməsi taktiki addım idi»


Nazir müavini deyir ki, hazırda danışıqlar prosesində yeni mərhələ açılıb
Nazir müavini deyir ki, hazırda danışıqlar prosesində yeni mərhələ açılıb

«Azərbaycanın ATƏT-ə sorğu göndərməsi taktiki addım idi». Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov aprelin 1-də bəyan edib. O, deyib ki, Minsk Qrupu öz potensialından tam istifadə etmir.


Araz Əzimov: «Sadəcə olaraq, həmsədrlərin təyin edilməsi və geri çağırılması prosedurunu aydınlaşdırmaq istəyirdik. Azərbaycanın onları dəyişdirmək niyyətində olduğunu bildirmədik. Yəqin ki, sorğu ATƏT katibliyi üçün çox mürəkkəb oldu. Hələ ki, cavab almamışıq».


Bakı həm də istəyir ki, həmsədrlər danışıqları inhisarlarında saxlamasınlar. Əzimov deyir ki, bu, vasitəçilərə müzakirələri istədiyi kimi formalaşdırıb, qeyri-müəyyən istiqamətdə aparmağa imkan verir: «Əgər bizim taktiki mesajımızdan həmsdərlər nəticə çıxarıblarsa, deməli bunun rolu olub. Əks halda vəziyyət dəyərləndirilməlidir».


Nazir müavini onu da vurğulayıb ki, hazırda danışıqlar prosesində yeni mərhələ açılıb. Belə ki, bir müddət bundan əvvəl BMT Baş Assambleyasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamə qəbul edilib.


A.Əzimova görə, bu sənəd həmsədr ölkələrin üzərinə böyük məsuliyyət qoyur.


Nazir müavini habelə bildirib ki, Azərbaycan tərəfi Ermənistanla danışıqları davam etdirməyə hazırdır. Amma müzakirələr ərazi bütövlüyü çərçivəsində aparılmalıdır.


ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 3-4-də Buxarestdə NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirdilər. Bakı görüşə razılıq verməyib, danışıqların BMT-də qəbul olunmuş qətnamə əsasında davamını zəruri sayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG