Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50

Aprelin 1-də «Dalğa» Gənclər Hərəkatının bir qrup üzvü ölkədə səhiyyənin və ekologiyanın vəziyyətinə etiraz aksiyası keçirib. Aksiya əvvəlcədən elan edildiyi kimi Sahil bağında deyil, Azərbaycan Tibb Universitetinin həyətində baş tutub. Aksiyaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısından Tibb Universitetinə qədər ağızları bağlı yürüş ediblər. Daha sonra onlar Universitetin həyətində yerə uzanıb, öskürməyə başlayıblar.


Hərəkatın sədr əvəzi Araz Qasımov deyib ki, Azərbaycan vərəmin yayılması üzrə dünyada birinci yerdədir: «Aksiyanın məramı diqqəti bu problemə yönəltmək və hamını «vərəmsiz gələcək uğrunda» mübarizəyə səsləmək idi».


Aksiyaçılar şəhər sakinlərinə tədbirin mahiyyətinə dair açıqcalar da paylayıblar.


Polis aksiyadan xəbər tutmayıb.


«Dalğa» Gənclər Hərəkatı bundan əvvəl də bir sıra sosial-siyasi etiraz aksiyaları keçirib.













Günün bütün mövzuları

XS
SM
MD
LG