Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Avropa Məhkəməsinə daha bir şikayət göndərildi


Aprelin 1-də «Azadlıq» qəzetinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndəriblər. Media Hüququ İnstitutundan verilən məlumata görə, şikayət Azərbaycan prezidentinin administrasiyasında məsul vəzifədə çalışan Tariyel Ağayevin iddiasındandır. Vəkillər bu iddia əsasında ölkədaxili məhkəmə instansiyalarının «Azadlıq»a qarşı çıxardığı qərarları hüquqa zidd hesab edirlər.


T.Ağayev «Azadlıq» qəzetində dərc edilmiş «Prezident köməkçisinin korrupsiya aparatı», «Tariyel Ağayev - sabiq prezidentin sabiq köməkçisi hansı masştablı korrupsiya ilə məşğul olurmuş» və «Göy balinalar və Ağayev Bayramın nəvələrinin iştahı» sərlövhəli məqalələrdən narazı qalaraq nəşri məhkəməyə verib və qəzetdən 180.000 manat dəyərində mənəvi zərər tələb edib. Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib - dövlət məmurunu narazı salan yazıların təkzib olunmasını, «Azadlıq» qəzetinin redaksiyasının üzərinə 40.000, Q.Zahidin üzərinə isə 25.000 manat cərimə qoyulmasını qət edib. Qərardan verilən apelyasiya və kassasiya şikayətləri təmin edilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG