Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:13

Ən çox rüşvət alan təhsil, səhiyyə və bələdiyyə işçiləridir


Baş prokuror deyir ki, son üç ayda rüşvət alan 26 məmur məsuliyyətə cəlb olunub
Baş prokuror deyir ki, son üç ayda rüşvət alan 26 məmur məsuliyyətə cəlb olunub

Azərbaycanda korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunanların əksəriyyəti təhsil, səhiyyə və bələdiyyə işçiləridir.


Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev məlumat verib. O, bildirib ki, hazırda idarənin icraatında əksəriyyəti rüşvət almaqla bağlı olan müxtəlif maddələrlə 28 cinayət işinin istintaqı aparılır.


Bu vaxta kimi Korrupsiyaya Qarış Mübarizə idarəsinin İstintaq şöbəsi tərəfindən 102 cinayət işi istintaq edilərək, məhkəmələrə göndərilib. 198 şəxs barəsində ittiham hökmü var.


Amma Kamran Əliyev deyib ki, bu, son rəqəm deyil: «Digər nazirliklərdə fəaliyyət göstərən istintaq qurumları tərəfindən də korrupsiya cinayətləri istintaq edilir. Hakimlərlə bağlı Məhkəmə Hüquq Şurası ciddi fəaliyyət göstərir. Korrupsiyada ittiham olunan polis strukturları ilə bağlı isə bizimlə yanaşı Vergilər Nazirliyi tərəfindən də istintaq aparılır».


Respublika prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2005-ci ildə yaradılıb.


Baş prokuror Zakir Qaralovun məlumatına görə isə son üç ayda 26 dövlət qulluqçusu məsuliyyətə cəlb olunub.


Hazırda Respublika Prokurorluğunda habelə hüquqi şəxslərin də cinayət məsuliyyətinə cəlb etmək üçün qanunvericiliyə dəyişiklik üzərində iş gedir.


Buna görə də «Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya»ya əlavə tədbirlər planı hazırlanıb.


ABŞ Dövlət Departamentinin hesabatında və digər beynəlxalq təşkilatların sənədlərində Azərbaycanda korrupsiyanın səviyyəsinin yüksək olduğu göstərilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG