Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

Qənimət Zahid həbsdə aclığa başlayır


Qənimət Zahid həmkarı Eynulla Fətullayevə dəstək üçün həbsdə aclığa başlayır

Qənimət Zahid həmkarı Eynulla Fətullayevə dəstək üçün həbsdə aclığa başlayır

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, «Yeni Müsavat» qəzetindən Zamin Hacı və Əli Bayramlı şəhərinin iki sakini də Eynulla Fətullayevə dəstək üçün aclığa başlayıblar. Bu barədə «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov məlumat verib.


«Yeni Müsavat» qəzetinin redaksiyasında aclıq edən jurnalistlərin səhhəti normaldır. «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu deyir ki, bu gün bir neçə nəfər də aksiyaya qoşulacaq.


Hazırda 14 nəfər aclıq edir, onların 5-i həbsdədir. Aksiya iştirakçıları sırasına jurnalistlər, siyasi məhbuslar, hüquq müdafiəçisi Arzu Abdullayeva da daxildir.


Söz Azadlığını Müdafiəsi Komitəsi isə aprelin 1-də jurnalistləri müdafiə üçün sammit keçirəcək. Bunu «Azadlıq» radiosuna komitənin sədri Arzu Abdullayeva deyib. Toplantıda partiya liderlərinin, QHT nümayəndələrinin deputatların iştirakı gözlənilir.


«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Eynulla Fətullayev özü altı gündür ki, həbsdə aclığa başlayıb. O, həbsdəki həmkarlarının azadlığa buraxılmasını, özünün məhkəmə işinə yenidən baxılmasını və beynəlxalq təşkilatların jurnalistləri müdafiəsi üçün daha konkret mexanizmlər seçmələrini tələb edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG