Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:54

Lerikin rentgen dərdi

  • Zahir Əmənov

«Lerikə son dəfə rentgen aparatı 34 il əvvəl gətirilib»

«Lerikə son dəfə rentgen aparatı 34 il əvvəl gətirilib»

Son aylar Lerikdə rentgen əsl problemə çevrilib. Bunu Lerik sakini Güləddin Şahverənov deyir: «Bu yaxınlarda həyat yoldaşımın qolu sınmışdı. Məcbur olub iki gün vaxt itirməklə onu Lənkərandakı xəstəxanaya apardım. Yola və həkimə «hörmət»ə 20 manata yaxın pulum çıxdı».


Şahverənov deyir ki, son aylar rayonun «Azərbaycan» kəndində maşın qəzasına düşən bir nəfəri rentgenə vaxtında çatdırmaq mümkün olmadığından vəfat edib.


Lerik Mərkəzi Xəstəxanasının rentgenoloq-həkimi Vaqif Ağayev deyilənləri təsdiq edir. Onun sözlərinə görə, Lerikə son dəfə rentgen aparatı 34 il əvvəl gətirilib.


Halbuki, belə aparatların işləmə müddəti 6-7 ildir.


Dəfələrlə təmir olunmasına baxmayaraq, adı çəkilən aparat tam yararsız hala düşüb. Çox köhnəldiyi üçün şüalanması o qədər yüksək olur ki, xəstələrin ondan istifadəsi təhlükəli nəticələr verə bilər.


Vaqif Ağayev: «Biz imdad, kömək diləyirik, şəxsən özüm iki dəfə Səhiyyə nazirinə müraciət etmişəm. Cavab gəlir ki, məsələ tezliklə həll olunacaq. Lakin son məktubdan iki ay keçsə də, hələ ki, bir xəbər yoxdur. Hərbi çağırışçılar rentgendən keçmədən hərbi xidmətə yollanırlar. Ağır doğuşlar, mədə-bağırsaq əməliyyatları, mədə yarası zamanı xəstələri qonşu rayonlara aparmaq çox gərgin bir işə çevrilir. Ucqar kəndlərdə yaşayanlar həm 20-30 manat pul, həm də 1-2 gün vaxt itirirlər. Halbuki bizdə olan məlumata görə, 10-15 min manata normal rentgen aparatı almaq mümkündür».


Lerik Mərkəzi Xəstəxanasının müdiri Həmdəm Tahirov da deyir ki, rayon xəstəxanasındakı rentgen aparatı artıq köhnəlib və tələbatı ödəmir.


Onun sözlərinə görə, hazırda xəstəxanada əsaslı təmir gedir. Dövlət Neft Şirkəti xəstəxananı bütün zəruri avadanlıqlarla təmin etməyi öhdəsinə götürüb və yaxın vaxtlarda problem həll olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG