Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

«Mediaya təzyiqlər AŞPA-da müzakirə olunacaq»


«Aclıq aksiyası davam edərsə, bu barədə Azərbaycan hakimiyyəti ilə danışıqlar aparacağıq»
«Aclıq aksiyası davam edərsə, bu barədə Azərbaycan hakimiyyəti ilə danışıqlar aparacağıq»

Jurnalistlərin aclıq aksiyası ölkədə seçkiqabağı vəziyyəti çox pis formada mürəkkəbləşdirir. Bunu «Azadlıq» radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. O, bildirib ki, Azərbaycanda siyasi məhbus məsələsi ya əfv, ya da başqa metodla tezliklə həll olunmalıdır, yoxsa, bu, ölkədə seçkiqabağı vəziyyəti çox pis formada mürəkkəbləşdirir:


«Əgər bu problem həll olunmasa, onda monitorinq komitəsinin iki məruzəçisinin iş yükü həddən artıq böyük olacaq, odur ki, daha məntiqli olacaq ki, siyasi məhbus üzrə ayrıca məruzəçi təyin olunsun».


Andres Herkel ümid etdiyini bildirib ki, bu məsələ tezliklə həll olunacaq. Həmməruzəçi onu vurğulayıb ki, jurnalistlərin aclığı məsələsini aprel sessiyasında müzakirəyə çıxarılacaq.


Herkel jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb: «Mən istəmirəm ki, Eynulla Fətullayev kimi adamlar aclıq etsinlər, səhhətlərini korlasınlar. Fətullayev kimi adamların aclıq etməsi utancverici haldır».


Herkel bildirib ki, aksiya davam etsə, Azərbaycan hakimiyyətinə də müraciət edəcək.


Aclıq edən jurnalistlərin bir tələbi də odur ki, Avropa Şurası və ATƏT jurnalistlərin hüquqlarını daha konkret müdafiə mexanizmləri ilə qorusun.


Herkel deyib ki, jurnalistlər Şuradan nə istədiklərini konkret deməlidirlər, amma Azərbaycanda mediaya təzyiqlər daim Avropa Şurasının diqqət mərkəzindədir və bu məsələ iyun sessiyasında da qaldıracaq.


Həmməruzəçi jurnalistlərin müdafiəsi üçün komitə səviyyəsində bəyannamə qəbul edilməsini istisna etmir: «Amma belə bəyannamələr iyun sessiyası üçün nəzərdə tutulur və iyunda belə bir bəyanatı AŞPA-ya təqdim edəcəyik».


May ayında həmməruzəçilər-Yevgeniya Jivkova və Andres Herkelin Bakıya səfəri gözlənilir.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG