Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

Arzu Abdullayeva da aclığa başladı


Jurnalistlərin aclıq aksiyasını davam etdirmək qərara alınıb
Jurnalistlərin aclıq aksiyasını davam etdirmək qərara alınıb

Martın 31-də Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva və qurumun katibi Aynur Elgünəş də jurnalistlərin aclıq aksiyasına qoşulublar.


Bu barədə «Azadlıq» radiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib



Martın 30-da isə Söz Azadlığını Müdafiə Komitəsinin işçi qrupu fövqəladə toplantı keçirib. «Media forum» xəbər verir ki, toplantıda «Gündəlik Azərbayjan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin başladığı və digər jurnalistlərin də dəstək verdiyi aclıq aksiyası ilə bağlı məsələ müzakirə edilib.


Aksiya barədə artıq bir çox beynəlxalq təşkilatlara məlumat verildiyini deyən komitə sədri Arzu Abdullayeva bildirib ki, Beynəlxalq Amnistiya Təşkilatı, Helsinki Vətəndaş Assambleyası, Avropa Birliyi, Avropa Şurası, ATƏT jurnalistlərin başladığı kampaniya haqqında ətraflı bilgiyə malikdirlər.


A.Abdullayeva qeyd edib ki, Avropa Şurasının Azərbaycan üzrə həmmərəziçisi Andres Herkel onunla söhbətində məsələ ilə bağlı tədbirlərin görülməsi istiqamətində fəaliyyətə başladığını söyləyib: «Bütün beynəlxalq qurumlara bildirdik ki, aksiyaçılar həbs olunmuş jurnalistlərin azadlığa buraxılması ilə yanaşı həm də tələb edirlər ki, məhkumları «vicdan məhbusu», «siyasi məhbus» kimi tanıyan təşkilatlar hakimiyyətdən izahat istəsinlər. Həmin şəxslər azadlığa buraxılmazsa görüləcək tədbirlər barədə ictimaiyyətə məlumat versinlər».


Aksiyanın zəncirvarı şəkildə davam etdirməyin məqsədəuyğun olduğunu vurğulayan İşçi Qrupunun üzvləri qərara alıblar ki, 3 gündən çox olmayaraq istənilən şəxs aksiyaya dəstək versin. Qərara alınıb ki, işi ilə əlaqədar olaraq aksiyanın keçirildiyi qərargaha gələ bilməyənlər öz iş yerlərində 1 günlük aclıq etməklə kampaniyaya dəstək versinlər. Bunun üçün aksiya iştirakçılarına xəbər vermək yetərlidir.


«Gündəlik Azərbaycan» qəzetinin həbs edilmiş redaktoru Eynulla Fətullayev martın 26-da aclıq aksiyasına başlayıb. Onun həmrəylik göstərən həmkarları da hazırda Müsavat partiyasının qərargahında aclıq aksiyası keçirir. Aksiyada altı jurnalist iştirak edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG