Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Abituriyentlərin sənəd qəbulu başlayır


Məleykə Abbaszadə deyib ki, ərizə qəbulu mayın 31-də yekunlaşacaq

Məleykə Abbaszadə deyib ki, ərizə qəbulu mayın 31-də yekunlaşacaq

«Abituriyentlər sabahdan başlayaraq sənədlərini təqdim edə bilərlər». Bu bərədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə martın 30-da keçirdiyi mətbuat konfransında bəyan edib.


Komissiya sədri deyib ki, 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu mayın 31-də yekunlaşacaq.


Əvvəlki illərdən fərqli olaraq bu dəfə qəbul qaydalarında dəyişikliklər edilib. Belə ki, abituriyentlər qəbul üçün elektron ərizələri internet vasitəsilə dolduracaq və bundan sonra sənədləri qəbulu komissiyalarına təqdim edəcəklər.


TQDK sədri deyib ki, qabiliyyət imtahanları isə iyunun 28-dən iyulun 7-dək keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG