Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Prezidentlər Buxarestdə görüşməyə bilər


«Azərbaycan danışıqlara hazırdır, amma bu danışıqların konkret məqsədi olmalıdır»

«Azərbaycan danışıqlara hazırdır, amma bu danışıqların konkret məqsədi olmalıdır»

Azərbaycan tərəfi Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin Buxarestdə keçiriləcək görüşünü pozub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Tiqran Balayan bildirib. Onun sözlərinə görə, Bakının imtinası əsassız idi.


NATO-nun Buxarest sammiti çərçivəsində görüş keçirməyi Ermənistan tərəfi təklif edib.


Bu bəyanatı «Turan» agentliyinə şərh edən Azərbaycan Prezidenti İcra Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Balayanın sözlərini «diplomatik manevr və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi» adlandırıb.


Şöbə müdiri hesab edir ki, Ermənistan tərəfi bu görüş üçün hansı əsaslar olduğunu izah etməli idi: «Bakı hesab edir ki, belə görüşün keçirilməsi ilk növbədə Ermənistan prezidentinin daxili mövqeyinin möhkəmlənməsinə yönəlib. Azərbaycan tərəfi həmişə danışıqlara hazırdır, amma bu danışıqların predmeti və konkret məqsədi olmalıdır», - deyə Məmmədov qeyd edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG