Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:51

«Azərbaycan insan alveri ilə məşğul olanlar üçün tranzit ölkədir»


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders
ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders

«Təəssüf ki, Azərbaycan insan alveri ilə məşğul olanlar üçün həm tranzit ölkə, həm də qurbanlar mənbəyidir». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders deyir.


O, martın 27-də Bakıda ABŞ Ədliyyə Departamenti, Amerika səfirliyi və ATƏT-in maliyyəsi ilə keçirilən insan alveri mövzusunda təlimdə iştirak edib.


Səfir xatırladıb ki, Azərbaycan trafikinqlə mübarizədə öhdəliklər götürüb və indi bunlara əməl olunması üçün vacib dövrdür. Belə ki, yazda icrası başlanan yeni milli fəaliyyət planı, yenicə açılmış qaynar xətt və milli müraciətlər mexanizminə dair planlar mövcuddur.


Amma səfirin fikrincə, bu işin müvəffəqiyyəti dövlət və vətəndaş cəmiyyətinin əməkdaşlığından asılıdır: «İnsan alverinə qarşı mübarizə mühakimə və preventiv tədbirlər tələb edir. Biz insan alverinin günahsız qurbanlarını istismar edən cinayətkarlara qarşı mübarizə apararaq, bu kimi halları həmişəlik aradan qaldırmaq üçün birgə işləyirik».


Amerika Dövlət Departamentinin məlumatına görə, ötən il Azərbaycanda 283 insan alveri faktı aşkar edilib, rəsmi olaraq 101 nəfər insan alverinin qurbanına çevrilib. Amma müstəqil ekspertlər bu rəqəmin daha yüksək olduğunu deyirlər.


Amma Enn Ders deyir ki, problem təkcə Azərbaycana xas deyil. Məsələn, rəsmi rəqəmlərə görə, ABŞ-da hər il təxminən 17 min 500 nəfər insan alverinin qurbanına çevrilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG