Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

Dünya üzrə söz azadlığı standartları


«Reuters» Agentliyi dünya üzrə söz azadlığı standartlarına dair hesabatını yayıb
«Reuters» Agentliyi dünya üzrə söz azadlığı standartlarına dair hesabatını yayıb

«Reuters» Agentliyi dünya üzrə söz azadlığı standartlarına dair hesabatını yayıb.


Hesabatda bildirilir ki, Avropa ölkələri XVIII əsr maarifçilərinin irəli sürdüyü «hakimiyyətin tənqid olunması demokratiyanın əsas özülüdür» prinsipinə əməl edir. Lakin bununla belə bir çox Avropa ölkələrində irq, din və nasist rəmzləri ilə bağlı məhdudiyyətlər nəzarətdə tutan bir sıra ölçüləri var.


Almaniya, Fransa və Avstriya kimi ölkələrdə nasist ideyalarının təbliğini qadağan edən qanunlar var. Bu ölkələrdə faşist nişanı olan svastikanın və Holokost soyqırımını rədd edən fikirlərin dərc olunması və müzakirəsi qadağandır.


Bir çox Avropa ölkələrində irq, din və cinsi zəmində nifrət aşılayan yazıların dərc olunmasına icazə verilmir. Bu cür hallar onların baş vermə səbəbinin sübutunu tələb edir. Belə hal Danimarkada Məhəmməd peyğəmbərin karikaturasının dərci zamanı özünü göstərib. Mütəxəssislərin fikrincə bunu əsaslandırmaq çətindir.
Hesabatda vurğulanıb ki, Yaxın Şərq regionu söz azadlığını məhdudlaşdıran hakimiyyətlər idarə edir. Bu fikri Londonda yerləşən Senzura İndeksi Jurnalının direktoru Henderson Mallin bildirib.


Jurnalistləri Müdafiə Komitəsi bəyan edib ki, Səudiyyə Ərəbistanında qəzetlər ərəb dünyasında ən güclü senzuraya məruz qalır.


Yanvar ayında «Sərhədsiz Reportyorlar» təşkilatı Misirdə jurnalistlərin davamlı təqib olunmasını pisləyib. İranda isə ən geniş tirajlı qəzet Holokost haqqında karikatura müsabiqəsi elan edib. İran mətbuatı bu addamı Avropada Məhəmməd peyğəmbərin karikaturasının dərcinə cavab olaraq atıb.


«Reuters» bildirir ki, Asiya regionunda da mətbuatın vəziyyəti ürəkaçan deyil. Çin konstitusiyası bütün azadlıqları təsbit etsə də, ölkədə geniş senzura mövcuddur.


Şimali Amerika regionunda isə Birləşmiş Ştatlar söz azadlığını müdafiə edən güclü sistemə malikdir. Amma ötən il ölkənin milli təhlükəsizliyi ilə bağlı məxfi informasiyanın sızdırılmasına görə məhkəmə bir neçə reportyoru informasiya mənbəyini açıqlamağa məcbur edib.


«Reuters» dünyanın ən böyük informasiya agentliklərindən biridir, onun təxminən 131 ölkədə 196 bürosu fəaliyyət göstərir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG