Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Jurnalistlər yenidən aclığa başlayır


«Gündəlik Azərbaycan» qəzetinin əməkdaşları. 2 oktyabr 2006

«Gündəlik Azərbaycan» qəzetinin əməkdaşları. 2 oktyabr 2006

«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu da aclığa başlayıb. O, qəzetin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə həmrəyliyini bildirir.


«Gündəlik Azərbaycan» qəzetinin digər əməkdaşları da baş redaktorları ilə həmrəylik bildirmək üçün aclıq aksiyası keçirməyi planlaşdırırlar. Aksiyaya digər jurnalistlərində qoşulacağı istisna edilmir.


Razılığa görə media işçiləri aksiyanı «Yeni Müsavat» qəzetinin redaksiyasında keçirəcəklər. Şahvələd Çobanoğlu deyir ki, onların tələbi Eynulla Fətullayevi irəli sürdüyü tələblərlə eynidir.


Eynulla Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Jurnalist işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir. Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda, vergidən yayınmada günahlandırılıb, 8 il yarım cəza alıb. Jurnalist 13 saylı həbsxanada saxlanılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG