Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Adamı xoşbəxt edən nədir?


Adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər
Adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər

Araşdırma nəticəsində pulla, daha doğrusu, pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar. Bu barədə Britaniyanın «Elm» jurnalında çıxan məqalədə danışlır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər. Elizabet Dan: «Eksperiment zamanı məni ən çox təəccübləndirən o oldu ki, iştirakçıları aldıqları pulun miqdarı yox, o pulu necə xərcləmələri xoşbəxt edir».


Sosial elmlər üzrə mütəxəssislər deyirlər ki, pul özlüyündə adamı xoşbəxt etmir. 70-ci illərin sonlarında psixoloq Filip Brikmanın məşhur araşdırması da göstərib ki, lotereyada çoxlu pul udan adamlar udmayanlardan xoşbəxt olmurlar. Çünki çoxlu pul udanlar adi hadisələrdən o biri adamlar qədər zövq ala bilmirlər.


Amma son vaxtlar lotereya qalibləriylə aparılan araşdırmalar reaksiyanın fərqli olduğunu göstərib. Uduşlu lotereya sahibləri həm daha varlı, həm də daha xoşbəxt olurlar. Elizabet Dan deyir ki, araşdırma aparanlar pul udanların pulu necə xərclədiyini görsələr, fərqi başa düşərlər: «Lotereyada pul udan pulu ətrafındakılara xərcləyirsə, məsələn, ailəsini yaxşı bir səyahətə aparırsa, ya da başqa bir şey edirsə, doğrudan da əvvəlkindən xoşbəxt ola bilər».


Bəs, niyə pulu başqasına xərcləmək adamı daha xoşbəxt edir? Dan bunu dəqiq bilmir, amma məsələni bəzi faktorlarla izah edir: «Biz hesab edirik ki, pulu başqasına xərcləməyin öz xeyri var, adam özü haqqında yaxşı fikirdə olur. Üstəlik, pul xərclədiyin adamla münasibətin yaxşılaşa bilər. Bu, həm da başqalarına sizi başqa rakursda görməyə imkan verir və s.»
Elizabet Dan deyir ki, onların araşdırması təkcə lotereya qaliblərini yox, ümumiyyətlə, xoşbəxtliyin mahiyyətini başa düşməyə imkan verir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG