Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Azərbaycan ATƏT-ə sorğu göndərib


Xarici İşlər nazirinin müavini Araz Əzimov

Xarici İşlər nazirinin müavini Araz Əzimov

Azərbaycan Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsi prosedurunu öyrənmək üçün ATƏT-ə sorğu göndərib. Bunu «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib. O, deyib ki, söhbət həmsədrlərin birtərəfli qaydada rotasiyasından getmir, belə ki, onu həmsədr ölkələr özləri edə bilirlər.


Amma Bakını maraqlandıran odur ki, münaqişə tərəflərindən birinin istəyi ilə həmsədr ölkəni, yaxud da həmsədrin özünü dəyişmək olar, ya yox.


Erməni mətbuatı Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzaya istinadən Bakının əməkdaşlıqdan imtina etməsi barədə məlumat yayıb.


Martın 14-də BMT Baş Assambleyasında Bakının irəli sürdüyü «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsini Minsk Qrupuna həmsədrlik edən ölkələr dəstəkləməmişdi.


Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə «Azadlıq» radiosuna deyib ki, Azərbaycan tərəfi Minsk Qrupu ilə əməkdaşlıqdan imtina etmir. Sadəcə olaraq həmsədrlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, BMT-dəki qətnaməyə nə üçün qarşı çıxdıqlarını anlaya bilmir.


1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupuna 1997-ci ildən Rusiya, ABŞ və Fransa həmsədrlik edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG