Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

«Mətbuat həm maddi, həm də siyasi təzyiqə məruz qalır»


«2006-cı ildən mətbuatın vəziyyəti bir az da gərginləşib»
«2006-cı ildən mətbuatın vəziyyəti bir az da gərginləşib»
Britaniyanın Xarici İşlər Nazirliyi insan haqqlarıyla bağlı illik hesabatını yayıb. Bu hesabatda da Azərbaycanda söz azadlığı sarıdan vəziyyətin pisləşdiyi deyilir.


Nazirlik Azərbaycan, Özbəkistan, Kuba, Çin kimi ölkələrdə həbs olunan jurnalist və fikir adamlarına görə lobbiçilik fəaliyyətini davam etdirir. Ofisin hesabatında deyilir ki, söz azadlığı Azərbaycanda son illər tez-tez hücuma məruz qalır, son iki ildə vəziyyət daha da pisləşib.


«Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qəbulu bəzi müsbət nəticələr verib. Bir sıra hüquq islahatları aparılıb. Amma Azərbaycanda mətbuat hələ də böyük təzyiq altındadır».


Nazirlik hesab edir ki, mətbuat həm maddi, həm də siyasi təzyiqə məruz qalır. 2006-cı ildən isə vəziyyətin bir az da gərginləşdiyi görünür.


Britaniya Xarici İşlər Nazirliyinin hesabatında Azərbaycanda jurnalistlərə hücumların artdığı, bir neçə media işçisinin həbsdə olduğu deyilir. Ofis bildirir ki, bu məsələ Azərbaycan hökumətin qarşısında bir neçə dəfə qaldırılıb. Mətbuatın vəziyyətiylə bağlı narahatlıq hökumətə Avropa Birliyi, ATƏT, Avropa Şurası kimi təşkilatlar vasitəsiylə çatdırılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG