Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

«Cəmiyyət əleyhinə cəza…»


İqtisadçıların oyunu maraqlı mətləblər üzə çıxarıb

İqtisadçıların oyunu maraqlı mətləblər üzə çıxarıb

Bir qrup avropalı iqtisadçı Avropanın Şərqində və Qərbində, Cənubi Koreya, Çin, Avstraliya və Birləşmiş Ştatlarda təcrübə aparıblar. Daha doğrusu, oyun keçiriblər. Oyun qaydalarına görə, iştirakçılar pullarını ümumi kassaya qoyur. Amma pulunu kassadan saxlayan iştirakçı da olur. Həmin iştirakçı pul qoymasa da, kassadan, daha doğrusu, o biri iştirakçıların ürəkaçıqlığından istifadə edir. Oyunun sonrakı hissəsində iştirakçılara icazə verilir ki, ürəkaçıqlığından istifadə edən iştirakçılardan intiqam alsın.


Əvvəlki eksperimentlər zamanı oyunçular cəzalarını qəbul edər, ya da ümumi marağa uyğun hərəkət edərdilər. Amma bu dəfə fərqli olub. İngiltərədəki Nottingem Universitetindən Saymon Qiçter: «Biz Qərbdən kənarda təcrübə aparanda məlum oldu ki, adamlar ümumun xeyri üçün heç nə etməsələr də, cəzalanmaq istəmirlər. Onlar cavab verməyə can atır, cəzalandıranlardan intiqam almaq istəyirlər. Bu, elə bil, cəmiyyət əleyhinə cəzanın bir növüdür».


Qiçterin bunu «cəmiyyət əleyhinə cəza» adlandırmasının səbəbi var. Cəmiyyətin normal olması üçün əməkdaşlıq olmalıdır. Eqoist hərəkət edənlər başqalarının iradını nəzərə almalı, cəmiyyətin maraqlarına uyğun davranmalıdırlar. Amma onlar əksinə hərəkət edir, onları cəzalandıranlardan intiqam alırlarsa, əməkdaşlıq baş tutmur.


Rusiya, Belarus, Səudiyyə Ərəbistanından olan oyunçular arasında da belə əməkdaşlıq baş tutmayıb.


Araşdırma aparanlar onu da bildirirlər ki, xalqların sosial əməkdaşlıq barədə anlayışları, normaları fərqlidir.


Bu fərqlər özünü vergidən yayınma, dövlət əmlakından sui-istifadə, ictimai nəqliyyata pul verməməyə münasibətdə göstərir.


Qiçter və həmkarları əmindirlər ki, insanların intiqam hissi güclü olan ölkələrdə dövlət əmlakından şəxsi mənafe üçün istifadə qəbul olunur. Əməkdaşlıq isə rədd olunur. Saymon Qiçter:«Belə yerdə islahatçıları - çox ürəyiaçıq, əliaçıq adamları sevmirlər. Əliaçıq adamın özünü göstərdiyini deyirlər».


Məlum olub ki, oyunda iştirak edən, amma cəzalanmaq istəməyən iştirakçıların ölkələrində qanunlar işləmir.


Eksperiment aparan iqtisadçılar bildirirlər ki, qanun işləməyən ölkədə korrupsiya, nəticədə cəzasızlıq hökm sürür. Bu da adamların cəzaya münasibətini müəyyən edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG