Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Həmsədrlər prezidentlərin görüşməsini istəyirlər


ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti bəyanat veriblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti bəyanat veriblər

Martın 19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti bəyanat veriblər.


Bəyanatda deyilir:


ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 14-də Vyanada Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan, martın 15-də isə Parisdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüblər.


Yuri Merzlyakov, Bernar Fasye və amerikalı həmsədr Metyu Brayzanın köməkçisi Mayk Karpenterin iştirak etdiyi bu görüşlərdən sonra həmsədrlər bir daha bildiriblər ki, Fransa, Rusiya və ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma hesab edirlər ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasındakı danışıqlar predmetidir.


Həmsədrlər bu fikirdə qalırlar ki, münaqişənin sülh yoluyla və ədalətli həlli tərəflərdən güzəştlər tələb edəcək. Onlar Ermənistanda prezident seçkisinə görə yaranmış fasilədən sonra danışıqların təcili bərpasının zəruri olduğunu xüsusi qeyd edirlər.


Həmsədrlər xarici işlər nazirlərindən istəyiblər ki, mümkün qədər tez Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etsinlər. Həmsədrlərin bildirdiklərinə görə, prinsipcə hər iki tərəf bu görüşə razılıq verib və ümid edirlər ki, görüş baş tutacaq. Və bu görüş ötən il noyabrın 29-da Madriddə tərəflərə təqdim etdikləri Baza Prinsipləri əsasında danışıqların bərpası ilə nəticələnəcək.


Martın 14-də BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən «İşğal olunmuş ərazilərdə vəziyyət haqqında» qətnamə qəbul edib. Ermənistan və ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr sənədin əleyhinə səs veriblər.


Azərbaycanın Xarici İşlər Nazirliyi isə bəyan edir ki, «Bakı bundan sonra Qarabağ danışıqlarının BMT-də qəbul olunmuş qətnamə əsasında davamına təkid edəcək».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG