Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

«Vasitəçiliklə regionda marağı olmayan ölkələr məşğul olmalıdır»


«Həmsədr ölkələrə qarşı aparılan kampaniyada bütünlükdə hakimiyyət iştirak edir»

«Həmsədr ölkələrə qarşı aparılan kampaniyada bütünlükdə hakimiyyət iştirak edir»

Azərbaycan parlamentində təmsil olunan bir sıra partiyalar ATƏT-in Minsk Qrupunda həmsədr ölkələrin mövqeyini pisləyirlər. Onların adından martın 19-da yayılan bəyanatda Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçilik edən bu ölkələrin BMT Baş Assambleyasında münaqişənin həllinə xidmət etməyən addım atdıqları bildirilir. Hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsüylə bir araya gələn partiya nümayəndələri Assambleyada «Azərbaycanın işğal olunan ərazilərində vəziyyət» adlı sənədə həmsədr ölkələrin səs verməməsini ikili standart adlandırıblar. Parlamentdə təmsil olunan əksər partiyalar bu toplantıda iştirak etsələr də, Müsavat Partiyasının təmsilçiləri tədbirə qatılmayıblar. Müsavat Partiyasından olan millət vəkili Arzu Səmədbəyli deyir ki, onlar toplantıya dəvət edilməyiblər. O, da hesab edir ki, Minsk Qrupu həmsədrləri bu sənədə səs verməməklə münaqişənin həllində maraqlı olmadıqlarını nümayiş etdiriblər. Səmədbəyli onu da əlavə edir ki, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə edən ölkələrin sayının azalması, əslində elə Bakının yanlış xarici siyasətinin nəticəsidir.


Tədbirdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Əli Əhmədov deyib ki, Azərbaycan sülh danışıqlarının davam etməsində maraqlıdır. Ancaq onun fikrincə, həmsədr ölkələr də işğalçsı tərəfi himayə etmək siyasətindən əl çəkməlidir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə deyib ki, yalnız həmsədr ölkələrin fəaliyyətini pisləməklə kifayətlənmək olmaz:



«Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina etməklə öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən boyun qaçırmağa çalışır. Bu isə mümkün deyil»

«Vasitəçiliklə bu regionda marağı olmayan ölkələr məşğul olmalıdır. Burda Rusiyanın da, İranın da, ABŞ-ın da marağı var. Ona görə də indiki formatdan imtina etməliyik».


Azərbaycan parlamentində təmsil olunan partiyalar vurğulayıblar ki, onlar heç də bütün həmsədr ölkələri eyniləşdirmək niyyətində deyillər. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyib ki, ABŞ bu qətnaməyə səs verməsə də, nə Rusiya, nə də Fransa kimi bu təşəbbüsün əleyhinə çıxıb.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, həmsədr ölkələrə qarşı aparılan bu kampaniyada tək parlamentdəki siyasi qüvvələr yox, bütünlükdə hakimiyyət iştirak edir. Onun fikrincə, hakimiyyət tədricən ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edib, bu mandatın BMT-yə verilməsinə çalışır. Oruclu belə təşəbbüslərin səmərə verəcəyinə o qədər də ümid bəsləmir. Onun fikrincə, Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina etməklə öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən boyun qaçırmağa çalışır. Bu isə mümkün deyil. Üstəlik, həmin təşəbbüslər gerçəkləşsə belə, onun effekt verəcəyinə inanmır. Ərəstun Oruclu yada salır ki, elə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri əsasən həmsədr ölkələrdən ibarətdir.


Ancaq ekspert Azərbaycanın alternativlər axtarmaq təşəbbüslərini də başa düşür. Bununla belə, Ərəstun Oruclu hesab edir ki, ATƏT-in Minsk Qrupuna istənilən alternativ yalnız NATO ola bilər. O, deyir ki, əgər Azərbaycan birmənalı NATO yolunu tutarsa, Qərb ölkələrində Bakıya bəslənən inamsızlıq da aradan qalxar:
«Bundan ötrü də Azərbaycan NATO, Avropa Birliyi kimi ciddi qurumlar qarşısında islahatlar həyata keçirməlidir. Bu demokratiya ilə, qanunun aliliyi ilə bağlıdır. Təəssüf ki, hakimiyyət bu məsələlərdə özünə problem görür. Ona görə də çıxılmaz vəziyyətə düşüblər».


Azərbaycanda belə müzakirələr martın 14-ü BMT Baş Asambleyasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı sənədin qəbulundan sonra başlayıb. Həmin sənəd qəbul olunsa da, ona bəzi ölkələr kimi ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələr səs verməmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG