Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Devis hakimiyyətə öhdəliklərini xatırladır


«Gözləyirəm ki, hakimiyyət öhdəliklərinə zidd olan istənilən əməldən çəkinəcək»

«Gözləyirəm ki, hakimiyyət öhdəliklərinə zidd olan istənilən əməldən çəkinəcək»

Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanda söz azadlığının davam edən təqibini pisləyir. Bu haqda «Turan» agentliyi məlumat yayıb.


T.Devis martın 19-da yaydığı bəyanatda deyir: «Mən Azərbaycanda söz və ifadə azadlığı sahəsində vəziyyətin pisləşməsindən məyus olmuşam. Son aylarda tənqidi mövqeyi ilə tanınmış bir neçə jurnalist uzun müddətə həbs edilib. Əvvəllər olduğu kimi, bütün bunlar tənqidçi səslərin boğulması cəhdlərini xatırladır. Bu, qəbuledilməzdir».


Avropa Şurasının baş katibi bildirir ki, quruma üzv olarkən Azərbaycan hakimiyyəti könüllü şəkildə üzərinə söz azadlığı da daxil olmaqla, insan hüquqlarına hörmət etmək və onları qorumaq öhdəliyi götürüb: «Gözləyirəm ki, hakimiyyət Avropa Şurası üzvünün öhdəliklərinə zidd olan istənilən əməldən çəkinəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG