Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

«Danışıqlar bundan sonra BMT qətnaməsi əsasında davam etdirilməlidir»


Xəzər İbrahim deyir ki, Madrid paketinin artıq hüquqi əsası yoxdur

Xəzər İbrahim deyir ki, Madrid paketinin artıq hüquqi əsası yoxdur

«Azərbaycan bundan sonra Qarabağ danışıqlarının BMT-də qəbul olunmuş qətnamə əsasında davamına təkid edəcək».


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 19-da keçirdiyi mətbuat konfransında bəyan edib.


Martın 14-də BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən «İşğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə qəbul edib. Ermənistan və ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr sənədin əleyhinə səs veriblər.


Həmsədrlər sonradan bəyanat veriblər ki, onlar Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardırlar. Minsk qrupu həmçinin bildirib ki, danışıqların ötən ilin dekabrında təqdim etdikləri Madrid təklifləri əsasında davamını istəyirlər.


Xəzər İbrahim isə deyir ki, Madrid paketinin artıq hüquqi əsası yoxdur və ona tərəflərin münasibəti bəllidir:


«Madrid təklifləri müzakirə olunub və Azərbaycan onunla bağlı öz iradlarını, qeydlərini həmsədrlərə bildirib. Digər tərəfdən Madrid təklifləri sənəd deyil, təklifdir. Sənəd isə BMT-də qəbul olunmuş qətnamədir və o, münaqişənin həlli üçün parametrlər yaradır. Bu Azərbaycanın mövqeyi deyil, BMT-nin və beynəlxalq ictimaiyyətin verdiyi mesajdır».


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ötən həftə deyib ki, həmsədrlərin indiyə qədər təqdim etdikləri təkliflərdə Laçınla Kəlbəcərin statusu və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması kimi prinsipial məsələlər əksini tapmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG