Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

«Əfv etmirəm, əl çəkin!»


Prezident Novruz bayramı ərəfəsində heç bir jurnalisti əfv etmədi
Prezident Novruz bayramı ərəfəsində heç bir jurnalisti əfv etmədi

«Gün səhər» yazır ki, dövlət başçısı həbsdə olan jurnalistlərin heç birini azad etməməklə, mətbuata bayram təbriki göndərdi.


Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb. Bayramqabağı imzalanmış «Novruz əfvi» ümumilikdə 59 nəfərə şamil edilib.


«Gün səhər» yazır ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu əfv fərmanına münasibət bildirərkən söylədi ki, rəsmilər tərəfindən ittihamlara məruz qalırdılar: «Əslində əfv fərmanını tərtib edənlər vətənpərvər deyillər, onlar ölkədə hərc-mərcliyin olmasını istəyir, Azərbaycanı dünyada biabır edirlər. Əfv fərmanını prezident deyil, Əfv Komissiyasında olanlar hazırlayırlar. Biz artıq aprelin 12-də Strasburqa gedirik. İşçi Qrupunda bizə söz vermişdilər ki, həbsdə olan jurnalistlər buraxılacaq. Əslində isə onlar bizi deyil, özləri-özlərini aldatdılar».


Hüquq müdafiəçisi Leyla Yunis bildirib ki, İnsan Hüquqları Federasiyasının tərtib etdiyi siyahıdan 5 nəfərin adı əfvə salınıb: «Bununla belə, bu əfv fərmanı digərlərindən heç nəyi ilə fərqlənməyib. Siyasi məhbus problemi həll olunmayıb. Vicdan məhbusu kimi tanınan jurnalistlər də bu siyahıya salınmayıb».


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə deməyə sözü olmadığını bəyan etdi: «Sözün doğrusu, mən şərh vermək istəmirəm və buna ehtiyac da yoxdur. Əgər jurnalistlərin adları siyahıda olsaydı sevinclə deyərdim ki, problemlərimiz həll olundu. Amma indi əfvdə jurnalistlərin adları yoxdur və medianın problemi qalmaqda davam edir».


Martın 15-də axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qalan vəkil Osman Kazımov artıq rəsmi qurumlara və beynəlxalq təşkilatlara rəsmən müraciət edib.


Bu barədə «Yeni Müsavat» yazıb. Vəkil həmçinin Daxili İşlər nazirinə müraciət edib. Onun sözlərinə görə, həm nazirə ünvanladığı ərizəsində, həm də izahatında qarşı tərəfə mümkün güzəştləri edib:


«Daxili İşlər nazirinə ünvanladığım müraciətdə də bildirdim ki, gərginliyin olmaması üçün mümkün güzəştləri etməyə hazıram. Həmin adamlar da bilsinlər ki, bu işin axırı yoxdur. Əks təqdirdə, son nəticədə öz analarını gözüyaşlı qoyacaqlar». O.Kazımov deyib ki, təhlükənin sovuşmamasına baxmayaraq ciddi şəkildə narahat deyil: «Təhlükəsizliyimlə bağlı şəxsən özüm də müəyyən tədbirlər görürəm. Elə həmin tədbirlərin nəticəsində o bəladan qurtara bildim. Ancaq əgər kimsə düşmənçilik edirsə, gərək bunu kişi kimi eləsin. Sözü deyəndə də kişi kimi demək lazımdır».


Martın 19-da Strasburqda Avropa Şurası ilə GUAM arasında ilk dəfə olaraq məsləhətləşmələr keçiriləcək. «Ekspress» Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi, səfir Arif Məmmədova istinadən yazır ki: «Bu, belə səviyyədə ilk məsləhətləşmələr olacaq və mənə elə gəlir ki, onlar uğurlu alınacaq».


Səfir bildirib ki, bütövlükdə AŞ ilə GUAM arasında üç-dörd tədbirin keçirilməsi planlaşdırılır və hazırkı məsləhətləşmələr onlardan birincisi olacaq. «AŞ-da GUAM-a dəstək artır, xüsusilə də Şərqi Avropa ölkələri - Polşa, Rumıniya və Baltik ölkələri arasında. Onlar GUAM-ın AŞ ilə əməkdaşlığına böyük diqqət ayırır və bu məsələyə kifayət qədər dəstək göstərirlər».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG