Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

Martın 18-də prezident İlham Əliyev növbəti əfv fərmanı imzalayıb. Fərman ümumilikdə 59 nəfərə şamil olunur.


Bu şəxslərdən 58-i cəzasının çəkilməmiş hissəsindən azad edilib, bir nəfərin isə məhkumluğu yarıya qədər azaldılıb.


Sənəddə həbs edilən jurnalistlərin adları yoxdur.


Əfv edilmiş şəxslərin adları :


I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:


1. Abdulhüseynov Tehran Əlican oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.


2. Allahverdiyev Etibar Yaqub oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 6 mart tarixli hökmü ilə məhkum edilmişdir.


3. Aslanov Əflatun Əhəd oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon məhkəməsinin 2007-ci il 24 avqust tarixli hökmü ilə məhkum edilmişdir.


4. Babayev Vidadi Aslan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


5. Balayev Zauri Vahid oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin 2007-ci il 8 avqust tarixli hökmü ilə məhkum edilmişdir.


6. Bədəlov Ramazan Muğdad oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 6 iyun tarixli hökmü ilə məhkum edilmişdir.


7. Cəfərov Anar Hüseynalı oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon məhkəməsinin 2005-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.


8. Cəfərov Fazil Zahir oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2005-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


9. Daşdəmirov Ərzuman Tofiq oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2006-cı il 30 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.


10. Əbilov Elnur Oruc oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 2005-ci il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.


11. Ələkbərov Fuad Abbas oğlu, 1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


12. Əliyev Kamal İsrafil oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


13. Əliyev Qüdrət Hacıağa oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.


14. Gülməmmədov Rəşad Bəkir oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


15. Hadıyev Rəhman Ağakərim oğlu, 1938-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


16. Heydərov Xanlar Atakişi oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.


17. Həsənov Əli Yusif oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


18. Həşimov Ələkbər Ələsgər oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.


19. Hüseynov Asif Davud oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.


20. Hüseynov Coşqun Hani oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 14 avqust tarixli hökmü ilə məhkum edilmişdir.


21. Xanmədov Namik Rzaşah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 28 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


22. İbrahimov Amil Şamil oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 22 mart tarixli hökmü ilə məhkum edilmişdir.


23. İsmayılov Nəriman Elman oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.


24. İsmayılov Pərviz Eldar oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2006-cı il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


25. Kərimov Ağamirzə Absalam oğlu, 1935-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.


26. Qasımov Səfərəli Nadir oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


27. Qədiməliyev Xaləddin Balakişi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2007-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


28. Laçınov Rauf Əlimurad oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


29. Mamedov Etibar Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayon məhkəməsinin 2007-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.


30. Mehdiyev Elçin Ərəstun oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2005-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.


31. Məhərrəmov Şirin Akif oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2006-cı il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


32. Məlikov Mürşüd Balami oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilmişdir.


33. Məmişov Xankişi Allahverdi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2006-cı il 22 iyun tarixli hökmü ilə məhkum edilmişdir.


34. Məmmədov Sərdar Təyyar oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayon məhkəməsinin 2007-ci il 29 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.


35. Mirzəyev Rasim İbiş oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 1999-cu il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.


36. Musayev Qədir Əsəd oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.


37. Nağıyev Qabil Mustafa oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon məhkəməsinin 2006-cı il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.


38. Nərimanov Elgiz Nəriman oğlu, 1976-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.


39. Orucov Möhübbət Mustafa oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2006-cı il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


40. Popov Aleksey Vladimiroviç, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


41. Rəhimov Qalib Ənvər oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2006-cı il 16 may tarixli hökmü ilə məhkum edilmişdir.


42. Rəhimov Şəhriyar Mirkazım oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.


43. Rəhimov Tərlan İbrahim oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 12 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.


44. Salayev Yaşar Əbdüləhəd oğlu, 1939-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


45. Səfərov Samir Pənah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2006-cı il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.


46. Səmədov İlqar Rufulla oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.


47. Şahroxi Firudin Əli oğlu, 1944-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2007-ci il 15 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.


48. Şamıyev Asif Vəli oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.


49. Şəmiyev Cəsarət Məhərrəm oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayon məhkəməsinin 2006-cı il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.


50. Şərifi Məhəmməd Mustafa Məhəmməd Tahir, 1987-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Cəlilabad rayon məhkəməsinin 2007-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.


51. Tağıyev Rasim Qurban oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


II. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:


1. Babayev Elmar Tahir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2006-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.


2. Cabbarov Mətləb Məhəmmədəli oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.


3. Cəfərov Füzuli Ağakərim oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


4. İsmayılov Oqtay Sahibxan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.


5. Qədimov Nofəl Bədrəddin oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 2007-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.


6. Novruzov Orxan İlham oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 14 fevral tarixli hökmü ilə məhkum edilmişdir.


III. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2007-ci il 23 fevral tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmiş, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağabalayev Ramin Ələkbər oğlu cəzadan azad edilsin.


IV. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 3 noyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rüstəm Şirəli oğlunun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılsın.


V. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.



Hazırda üç jurnalist müxtəlif ittihamlarla həbsdədir.


1995-ci ildən indiyədək 44 əfv fərmanı imzalanıb. Əvvəlki 43 fərmanla 4600-ə yaxın məhkum əfv olunub. Sonuncu əfv fərmanı ötən il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə verilib, 119 məhkuma şamil edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG