Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

«Azərbaycan hökuməti vətəndaşlarının istehlak hüquqlarını qorumalıdır»


«Azərbaycan hökuməti vətəndaşlarının istehlak hüquqlarını qorumalı, özəl sənayenin və ticarətin çiçəklənməsinə münbit şərait yaratmalıdır». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders martın 18-də istehlakçıların hüuquqlarının qorunmasına dair tədbirdə bəyan edib.


O, deyib ki, istehlakçıların hüquqlarının qorunması üçün insanların maarifləndirilməsi vacibdir:


«İstehlak mallarını əldə edən zaman düzgün qərar qəbul etmək üçün insanların dəqiq məlumatlara ehtiyacı yaranır. Hökümət şirkətlərdən bu kimi məlumatların təqdim olunmasını istəyərək və malların təhsülkəsiz saxlanmasını təmin edərək müsbət rol oynaya bilər. Bazar iqtisadiyyatında bu, hökumətlə vətəndaşlar arasında olan sosial razılaşmadır».


Səfir deyib ki, ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir. Azərbaycan bu quruma üzv olduqdan sonra onun ixrac olunan malları da benəlxalq standarlara uyğun olmalıdır.


XS
SM
MD
LG