Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Avtovağzalda sərnişinlərdən artıq pul istəyirlər


«Hələlik iki sürücünün sərnişinlərdən artıq pul istəməsi faktı qeydə alınıb»

«Hələlik iki sürücünün sərnişinlərdən artıq pul istəməsi faktı qeydə alınıb»

Bakı avtovağzalında sürücülər bileti olmayan sərnişinlərdən artıq pul istəyirlər. Belə hallar Bakı-Tərtər, Bakı-Gəncə, Bakı-Qazax marşrutlarında müşahidə olunur. Sərnişinlər «Azadlıq» radiosuna deyiblər ki, Bakı-Tərtər marşrutunda biletin qiyməti 5 manat 26 qəpik, Bakı-Gəncə marşrutunda isə 5 manat 65 qəpik olduğu halda, onlardan 10 manat ödənilməsi tələb edilib. Artıq pul ödəmək istəməyən sərnişinlərə isə sürücülər boş yerlərin olmadığını bildiriblər.


Sərnişindaşıma ilə məşğul olan «M-trans» Məhdud Məsuliyyətli Cəmiyyətin növbə rəisi Nurəddin İsmayılov isə bildirib ki, bayramla əlaqədar tələbat artdığından xəttə əlavə avtobus və marşrutlar cəlb ediblər: «Amma biletlər öz qiymətinə satılır».


İsmayılovun sözlərinə görə, hələlik iki sürücünün sərnişinlərdən artıq pul istəməsi faktı qeydə alınıb və bununla bağlı akt yazılıb.


Növbə rəisi deyib ki, belə hallarla üzləşən sərnişinlər rəhbərliyə müraciət etsələr, biletin qiymətini qeyri-qanuni artıran sürücülərə qarşı tədbir görülər. Nurəddin İsmayılovun sözlərinə görə, avtovağzal rəhbərliyi süni qiymət artımının qarşısını almaq üçün komissiya yaradıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG