Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Həmsədrlər etirazlarının səbəbini açıqlayıblar


BMT Baş Assambleyası martın 14-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edib

BMT Baş Assambleyası martın 14-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edib

ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin BMT Baş Assambleyası qətnaməsinin əleyhinə səs vermələri onların Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması və Dağlıq Qarabağın müstəqilliyinin tanınması anlamı daşımır.


Minsk qrupunun həmsədr ölkələrinin BMT Baş Assambleyasında Azərbaycanla bağlı qəbul olunan qətnaməyə dair bəyanatında belə deyilir.


Martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında «Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət» haqqında qətnamə qəbul edilib. Sənəd BMT üzvlərini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırır.


Həmsədrlər bu sənədin əleyhinə səs vermələrinin səbəblərini açıqlayıblar. Bildirilir ki, həmsədrlər 2007-ci ilin noyabrında Madriddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsipləri hazırlayıblar. Baza prinsipləri Helsinki Yekun Aktının xalqların müqəddəratını həll etmək, güc vasitələrindən istifadədən çəkinmək, tərəflərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı prinsiplərinə əsaslanır. Həmsədrlər bəyan edir ki, bu prinsiplər hələ də danışıqlar prosesində müzakirə obyekti olaraq qalır:


«Tərəflər razılığa gəliblər ki, bütün detallar yalnız hər iki tərəfin razılığından sonra qüvvəyə minə bilər. Amma, BMT Baş Assambleyası tərəfindən qəbul olunan bu qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir və Minsk qrupu həmsədrlərinin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Minsk qrupuna həmsədr olan ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə bu birtərəfli qətnamənin əleyhinə çıxıblar».


Lakin həmsədr ölkələr «sülh prosesinə xələl gətirən qətnamənin əleyhinə səs verərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bunun Dağlıq Qarabağın müstəqilliyinin tanınması anlamı daşımadığını» vurğulayıblar.


Həmsədrlər həmçinin qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən toqquşmadan sonra tərəfləri sülh prosesinə mane olan birtərəfli və maksimalist addımlardan çəkinməyə çağırıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG