Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:32

«Jurnalistlərə təzyiq atmosferi yaradılıb»


Haraşti Azərbaycan hökumətini hadisəni araşdırmağa çağırıb

Haraşti Azərbaycan hökumətini hadisəni araşdırmağa çağırıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasını pisləyib. O, Azərbaycan hökumətini hadisəni araşdırmağa çağırıb. Cənab Haraşti deyib ki, prezident administrasiyasının jurnalistə hücum edənlərin cəzalandırılacağı barədə vədini alqışlayır: «Bu, təkcə ədalətin qələbə çalması üçün vacib deyil. Həm də aydınlaşdırmaq lazımdır ki, bu, müxalifyönlü «Azadlıq» qəzetinə qarşı kampaniyanın bir hissəsidirmi?»


ATƏT rəsmisi deyib ki, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin azadlıqdan məhrum edilməsi, onun qardaşı Mirzə Sakitin həbsdə olması, eləcə də Aqil Xəlilə əvvəlki hücum jurnalistlərə təzyiq atmosferi yaradıb.


M.Haraşti bildirib ki, hücuma məruz qalan jurnalistlərlə bağlı tədqiqatların sona çatmaması belə cinayətləri törədənləri daha da ruhlandırır: «Beynəlxalq ictimaiyyət və Azərbaycandakı jurnalistlər hələ də gözləyirlər ki, «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlinin üstü açılacaq və jurnalistlərə qarşı bir sıra başqa hücumları həyata keçirənlər cəzalandırılacaqlar».


ATƏT rəsmisi deyib ki, onlar Aqil Xəlillə bağlı tədqiqatı diqqət mərkəzində saxlamaqda davam edəcəklər.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil martın 13-ü axşam saatlarında naməlum şəxslər tərəfindən bıçaqlanıb. Jurnalistin üzərində əməliyyat keçirilib. Martın 17-də A.Xəlil xəstəxanadan evə buraxılıb. Həmçinin işin istintaqını aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə bıçaqlandığı yerə aparılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (127.1) maddəsi ilə cinayət işi qaldırılıb.


XS
SM
MD
LG