Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Dolların ucuzlaşması qurbanların sayını artıracaq


Artıq banklar bir-birinə etimad göstərmir, pul vermək istəmirlər
Artıq banklar bir-birinə etimad göstərmir, pul vermək istəmirlər

Kredit problemindən sonra yaranan maliyyə böhranı davam edir. Artıq banklar bir-birinə etimad göstərmir, bir-birinə pul vermək istəmirlər. Böhranın son qurbanı «Uol Street»in nəhənglərindən biri, Biə Störnz İnvestisiya Bankıdır. Keçən həftə müştəriləri bankla sövdələşmələri dayandırıb, hesablarından milyardlarla dollar çıxarıblar. Nəticədə bank cəmi bir həftə əvvəlki dəyərində JPMorgan Chase Bankına satılıb. Bu hərc-mərcliyə cavab olaraq Birləşmiş Ştatların Federal Rezerv Sistemi fövqəladə addımlar atıb.


ABŞ-ın Mərkəzi Bankı bildirib ki, tək banklara yox, maliyyə şirkətlərinə də kredit ayıracaq. Federal Rezerv Sistemi son 30 ildə ilk dəfədir ki, belə addım atır. Məhz buna görə, bu addım təşvişi bir az da artırıb. Avropa və Asiyanın birjaları qorxuya düşüblər, dolların ucuzlaşması nəticəsində qurbanların hələ çox olacağını güman edirlər. Ona görə də dollar yeni rekord həddə düşüb. Artıq 1 avronun qiyməti 1 dollar 59 sentdən çox olub. Beləliklə, bazarı sakitləşdirmək istəyən Federal Rezerv Sistemi təşvişi bir az da artırıb. «Röyters»in baş maliyyə müxbiri Erik Burroughs deyir ki, Federal Rezerv Sisteminin addımını investorlar siqnal kimi qəbul ediblər: «Federal Rezerv Sistemi «Böyük depressiya» dövründən sonra ilk dəfədir investisiya banklarına krediti artırır. Vəziyyət çox ciddidir. Rezerv sisteminin addımı bazarı sakitləşdirmək əvəzinə, təşvişə salıb».


İndi birjaları, sərmayəçiləri bir şey maraqlandırır: Amerika hökuməti hansı addım atacaq?


Ehtimallara görə, Federal Rezerv Sistemi və mərkəzi banklar birbaşa valyuta bazarına müdaxilə edə bilər, dollarları alıb, onu dirçəltməyə çalışarlar. Səkkiz il əvvəl avro ucuzlaşanda belə müdaxilə olub.


Bəziləri Amerika administrasiyasından daha güclü çıxış istəyib. Amma ABŞ-ın Maliyyə naziri Henri Paulson martın 16-da deyib ki, iqtisadiyyatın bu böhrandan çıxacağına inanır: «Bizim güclü maliyyə institutlarımız var. Dünya bizim bazarlara qibtə edir. Bizim bazarlar möhkəmdir, yenilikçidir, çevikdir. Mən hesab edirəm ki, ölkədə yaranan situasiyalara cavab vermək üçün çox fəal tərpənirik».


Ekspertlər isə hesab edirlər ki, martın 18-dəki iclasında Federal Reserv Sistemi faiz dərəcələrini 1 dərəcə azaldacaq. Amma güman ki, bu da dolların bir az da ucuzlaşmasına səbəb olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG