Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

«NATO siyasi islahatlar tələb edir, hakimiyyətsə buna hazır deyil»


Bu il aprelin 2-4-də Rumıniyanın paytaxtı Buxarestdə NATO sammiti keçiriləcək

Bu il aprelin 2-4-də Rumıniyanın paytaxtı Buxarestdə NATO sammiti keçiriləcək

«Azərbaycanın NATO-ya üzviliklə bağlı öz mövqeyini müəyyənləşdirmək vaxtı çoxdan çatıb. Azərbaycan bu məsələdə gecikir. Belə bir addım atılması çox yerinə düşərdi».


Müsavat partiyasının başqanı İsa Qəmbər martın 17-də Azərbaycan NATO münasibətləri, Cənubi Qafqazın NATO ilə əlaqələrinin perspektivlərinə həsr olunmuş tədbirdə belə deyib.


İsa Qəmbər vurğulayıb ki, Gürcüstan üzvlüklə bağlı artıq təşkilata müraciət edib, Ukraynanın müraciəti də gündəmdədir: «NATO üzvlüyü Azərbaycanın ən mükəmməl təhlükəsizlik sistemində öz yerini tutması deməkdir».


Onun sözlərinə görə, alyansa üzvlük eyni zamanda Azərbaycanın iqtisadi və siyasi azadlıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını zəruri edəcək.


Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib ki, Azərbaycan strateji seçim etməyə hələ hazır deyil. Bunun da iki səbəbi var. «Birincisi, xarici amil olan Rusiyanın təzyiqləridir. İkincisi isə odur ki, NATO ölkədə siyasi islahatlar tələb edir, hakimiyyət isə buna hazır deyil».


Bu il aprelin 2-4-də Rumıniyanın paytaxtı Buxarestdə NATO sammiti keçiriləcək. Sammitə alyansın genişlənməsi başlıca müzakirə olunan məsələlərdən olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG