Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:13

Aqil Xəlil bıçaqlandığı yerə aparılıb


Jurnalisti müalicə edən həkim «Azadlıq» radiosuna deyib ki, onun səhhəti normaldır

Jurnalisti müalicə edən həkim «Azadlıq» radiosuna deyib ki, onun səhhəti normaldır


Martın 17-də «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil bıçaqlandığı yerə - Bakı Şəhəri Apelyasiya Məhkəməsinin binasının qarşısına aparılıb. Jurnalisti işin istintaqını aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları müşayiət edirlər.


A.Xəlil halsız olduğunu bildirib. Jurnalisti müalicə edən həkim isə «Azadlıq» radiosuna deyib ki, onun səhhəti normaldır: «Müalicəsini ambulator şəraitdə davam etdirə bilər».


Aqil Xəlil isə cinayətkarların tutulmadığına görə, hələ də qorxduğunu bildirib.


Redaktorlar Birliyinin martın 17-də keçirilən toplantısında isə qərara gəlinib ki, Aqil Xəlilin işi ilə bağlı səlahiyyətli şəxslərlə görüşüb məsələyə aydınlıq gətirsinlər.


Redaktorlar Birliyi həmçinin bu hadisəni pisləyib və tələb edib ki, işin üstü tez bir zamanda açılsın.


Martın 13-ü axşam saatlarında naməlum şəxslər «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlayıblar. Jurnalist Kliniki Tibbi Mərkəzdə əməliyyat edilib və orda müalicə olunurdu.


«Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (127.1) maddəsi ilə cinayət işi qaldırılıb.


Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları və səfirliklər hadisəni pisləyib və təqsirkarların tezliklə məsuliyyətə cəlb olunmasını tələb ediblər.


Fevralın 22-sində isə A.Xəlil Bakıdakı 6-cı mikrorayon ərazisində «Zeytun bağı» adlanan yerdə bir qrup şəxsin hücumuna məruz qalıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG