Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

Azərbaycanın iradları həmsədrlərə çatdırılıb


«Vasitəçilər özləri də bildiriblər ki bu yaxınlarda onların regiona səfərləri gözlənilmir»

«Vasitəçilər özləri də bildiriblər ki bu yaxınlarda onların regiona səfərləri gözlənilmir»

Azərbaycan tərəfi BMT Baş Assambleyasında təqdim olunan qətnaməyə səs verməyən ATƏT-in Minsk qrupu həmsədrlərinə iradlarını çatdırıb. Xarici İşlər naziri Elmar Məmmədyarov martın 16-da Parisdə həmsədrlərlə görüşündə bunu bildirib.


Martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə «Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət» haqqında qətnamə qəbul edilib. Minsk qrupuna həmsədrlik edən ölkələr sənədin əleyhinə səs veriblər.


XİN mətbuat katibi Xəzər İbrahim «Azadlıq» radiosuna deyib ki, görüşdə Qarabağ danışıqlarının sonrakı mərhələsi də müzakirə olunub. Növbəti görüşlər və həmsədrlərin regiona səfəri barədə heç bir qərar qəbul edilməyib: «Vasitəçilər özləri də bildiriblər ki bu yaxınlarda onların regiona səfərləri gözlənilmir».


Minsk qrupunun həmsədrləri martın 15-də Vyanada Ermənistanın Xarici İşlər naziri ilə də görüşüblər, Azərbaycan və Ermənistan prezidentlərinin aprelin 3-4-də Buxarestdə NATO sammiti çərçivəsində görüşməsi ehtimalını müzakirə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG