Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

«Cəzasızlıq mətbuatın düşmənlərini ruhlandıra bilər»


Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon

Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə qarşı hücumu pisləyib.


«Bu, Azərbaycanda jurnalistləri qorxutmaq məqsədilə zorakı hücumlar seriyasındandır», - deyə qurumun icraçı direktoru Coel Saymon bildirib.


«Biz polisi bu qorxaq əməldə əli olan hər kəsi tapmağa çağırırıq. Əks təqdirdə, bu, bir daha Azərbaycanda müstəqil və müxalif mətbuatın düşmənlərini ruhlandıra bilər», - deyə Saymon qeyd edib.



Martın 13-ü axşam saatlarında naməlum şəxslər «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlayıblar. Hal-hazırda A. Xəlilin vəziyyəti yaxşıdır.




Günün bütün mövzuları

XS
SM
MD
LG