Martın 14-də Çempionlar Liqasının ¼ mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Türkiyənin «Fənərbaxça» klubu İngiltərənin «Çelsi» klubu ilə düşüb. «Arsenal» «Liverpul»la (hər ikisi İngiltərə), «Roma» (İtaliya) «Mançester Yunayted»lə (İngiltərə), «Şalke-04» (Almaniya) isə «Barselona» (İspaniya) ilə qüvvəsini sınayacaq.
Yarımfinalda «Arsenal»-«Liverpul» cütünün qalibi, «Fənərbaxça»-«Çelsi» cütünün qalibi ilə, «Şalke-04»-«Barselona» cütünün qalibi isə «Roma»-«Mançester Yunayted» cütünün qalibi ilə qarşılaşacaq.
Qarşılaşmaların ilk oyunları aprelin 1-2-si, cavab matçları isə aprelin 8-9-u baş tutacaq.
Çempionlar Liqasının finalı mayın 21-də Moskvada keçiriləcək.
Martın 14-də həmçinin UEFA Kubokunun ¼ final mərhələsinin də püşkü atılıb. Nəticədə «Bayer» (Almaniya) - «Zenit» (Rusiya), «Reyncers» (Şotlandiya)–«Sportinq» (Portuqaliya), «Bavariya» (Almaniya) - «Xetafe» (İspaniya), «Fiorentina» (İtaliya) – «PSV Eyndxoven» (Hollandiya) ilə mübarizə aparacaq.
Yarımfinalda «Bavariya»-«Xetafe» cütünün qalibi «Bayer» - «Zenit» cütünün qalibi ilə, «Reyncers» - «Sportinq» cütünün qalibi isə «Fiorentina» - «PSV Eyndxoven» cütünün qalibi ilə qüvvəsini sınayacaq.
İlk oyunlar aprelin 3-ü, cavab qarşılaşmaları isə aprelin 10-da olacaq.