Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:23

«Hökumət istefa verməlidir»


Martın 14-də parlamentə hökumətin hesabatını baş nazir Artur Rasizadə təqdim edib
Martın 14-də parlamentə hökumətin hesabatını baş nazir Artur Rasizadə təqdim edib

«Bu hökumətə etimad göstərilməməlidir. Hökumət istefa verməlidir. Nazirlərə isə şərait yaratmaq lazımdır ki, gedib bizneslə məşğul olsunlar»- hökumətin parlamentdə verdiyi hesabata münasibət bildirən millət vəkili Pənah Hüseyn belə deyib.


Deputat bildirib ki, bu vaxta kimi hökumət Qarabağ danışıqlarında heç bir irəliləyiş əldə etməyib. Onun fikrincə, 2007-ci ildə ölkədə yoxsulluqla bağlı vəziyyət daha da pisləşib, inflyasiya rəsmi rəqəmlərdən çoxdur.


Spiker Oqtay Əsədovsa deyib ki, müxalifət hökumətin işinə qara yaxmaqla məşğuldur, əldə olunmuş müsbət dəyişiklikləri dəyərləndirə bilmir.


İqtisadçı deputat Əli Məsimov Azərbaycanın inflyasiyanın səviyyəsinə görə Tacikistandan geri qaldığını vurğulayıb: «Bizə təqdim olunan 287 səhifəlik hesabatda isə inflyasiyaya cəmi yarım səhifə yer ayrılıb».


Fazil Qəzənfəroğlu müzakirə olunan sənədin hesabat yox, məlumat adlandırılmasını düzgün olduğunu bildirib.


Martın 14-də parlamentə hökumətin hesabatını baş nazir Artur Rasizadə təqdim edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG