Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

«Polisin psixoloji durumda problemlər var»


«Polisdə işləyən şəxslər daimi olaraq həkim komissiyalarından keçməlidirlər»

«Polisdə işləyən şəxslər daimi olaraq həkim komissiyalarından keçməlidirlər»

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması martın 14-də nəşr olunan əksər qəzetlərin manşetində yer alıb. Qəzetlər jurnalistin işdən evə gedərkən uzun müddətdir onu izləyən şəxslər tərəfindən bıçaqlandığını yazırlar.


Media həmçinin Amerika Dövlət Departamentinin insan haqlarına dair hesabatını və buna rəsmi Bakının reaksiyasını diqqətə saxlayıb.


Bundan başqa «Azadlıq» qəzeti yazır ki, Azərbaycan polisinin «psixoloji durumunda problemlər yaranıb».


«Polisin biri yaxınlarını qətlə yetirir, digəri sürücünün çənəsini sındırır. Hüquqşünas, «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərim məsələni şərh edərək deyir ki: «Hər hansı güzəşt sabah polisin törətdiyi hər hansı bir qanuna zidd əməlin əsası deməkdir».


«Redaksiyamızla əlaqə saxlayan oxucularımızdan biri maraqlı bir məlumat verdi. Onun sözlərinə görə, iki gün öncə günün ikinci yarısında Nəsimi rayonu Səməd Vurğun küçəsində prezident korteji ərazidən keçən dəqiqələrdə nəqliyyatın hərəkəti hər zamankı kimi dayandırılıb. Buna baxmayaraq rütbəsi kapitan olan polis əməkdaşlarından biri 248 saylı marşrutun hərəkətinə şərait yaradıb. Avtobus bir balaca uzaqlaşan kimi isə polis çavuşlarından biri marşrutu saxlayaraq sürücünü təhqir etməyə və söyməyə başlayıb. Sürücü ona hərəkət etmək üçün kapitanın icazə verdiyini bildirdikdə isə çavuş rütbəcə özündən böyük poqon yoldaşını söyərək təhqir edib, sonra isə zor tətbiq edərək sürücünü döyüb və çənəsini sındırıb. Baş verən hadisə polis çavuşunun mənəvi-psixoloji durumunun normal vəziyyətdə olmadığını göstərir. Bu arada onu da yada salaq ki, iki gün öncə Salyan rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşını, qaynını və baldızını güllələyib».


Əyyub Kərim hesab edir ki, hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən şəxslərin həm fiziki, həm də psixoloji cəhətdən sağlam insan olmalıdır: «Ümumiyyətlə polisdə işləyən şəxslər daimi olaraq həkim komissiyalarından keçməlidirlər. Ancaq həkim komissiyalarından hanısasa qeyri-qanuni vasitə ilə yox, həqiqi olaraq keçmək gərəkdir. Burada güzəşt yolverilməzdir. Çünki orada olan hər hansı güzəşt sabah polisin törətdiyi hər hansı bir qanuna zidd əməlin əsası deməkdir».


Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibət bildirib. «Yeni Azərbaycan» yazır: «Ə. Həsənov bildirib ki, Dövlət Departamentinin hesabatında ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqlarının təmin edilməsi istiqamətində bütün nailiyyətlər əks etdirilməyib. Şöbə müdirinin fikrincə, sənədin hazırlanmasında obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə olunub. Eyni zamanda dövlət rəsmilərinin bəzi çıxışlarının düzgün şərh edilməyib».


«Gün səhər» Dünya Bankının yenidən Bakıya missiya göndərməsini şərh edib:


«Azərbaycan hökuməti ilə gərgin keçən iki həftəlik danışıqlardan sonra Dünya Bankının nümayəndələri yenidən Bakıda səfərdədir. Bankın missiyası bu dəfə Bakıda «Milli su təchizatı və kanalizasiya xidmətləri» layihəsinin sonuncu mərhələsini müzakirə edir.


«Hökumətdəki mənbələrdən qəzetin aldığı məlumata görə, hazırda qurumun nümayəndələri Andreas Rodi və Kantar Şonkarla «Azərsu» Səhmdar Cəmiyyəti, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin nümayəndə heyəti danışıqlar aparır. Bir neçə gün davam edəcək danışıqlarda layihənin bütün detalları razılaşdırılacaq. Mənbənin dediyinə görə, razılıq əldə olunsa, payız aylarında tikinti işlərinə start veriləcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG