Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Hakimiyyət Departamentin hesabatına sərt reaksiya verdi


Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov

Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov

«Azərbaycan ABŞ-ın tənqidləri ilə razılaşmır».


Martın 13-də Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin 2007-ci ildə insan hüquqlarının vəziyyətlə bağlı hesabatına dair yaydığı açıqlamada belə deyir.


Şöbə müdiri bildirir ki, sənəddə konstruktiv tənqidlə yanaşı, nailiyyətlərə yer ayrılmayıb, obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə olunub və bir sıra faktlar təhrif edilib:


«Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi ideallarına sadiqliyini dəfələrlə bəyan etmiş, bu sadiqliyi hər zaman işdə sübut etmişdir və etməkdə davam edir. Dövlət rəsmilərinin bəzi çıxışlarının düzgün şərh edilmədiyini və qeyri-dəqiq əks etdirildiyini, hesabatda əksini tapmış fikir və iradların çoxunun o sahə ilə bağlı məlumatsızlıqdan və məsələlərin kökünün dərindən araşdırılmamasından irəli gəldiyini qeyd edir və hesabatın ümumi qiymətləndirilməsi ilə razılaşmanın mümkün olmadığını bildiririk».


Həsənov bildirib ki, son illər Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və insan kapitalının hərtərəfli inkişaf etdirilməsi sahəsində əhəmiyyətli işlər görülüb.


Bakını narazı salan həm də odur ki, hesabatda Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirindən danışılmır:


«Ermənistanda baş verənlərə reaksiyanın kifayət qədər kəskin olmamasını nəzərə alaraq, biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik».


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders martın 12-də yerli hüquq müdafiəçiləri ilə görüşündə ümid etdiyini bildirb ki, «ABŞ Dövlət Departamentinin hesabatı «dost düzünü deyər» ifadəsinə uyğun olaraq konstruktiv tənqid kimi qəbul olunacaq».


ABŞ Dövlət Departamentinin 2007-ci ildə insan hüquqlarının vəziyyətlə bağlı hesabatında Azərbaycan hökuməti tənqid edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG