Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib


Bunu «Azadlıq» radiosuna MŞ-nın sədri Əflatun Amaşov deyib

Bunu «Azadlıq» radiosuna MŞ-nın sədri Əflatun Amaşov deyib

Mətbuat Şurası (MŞ) «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib. Bunu «Azadlıq» radiosuna MŞ-nın sədri Əflatun Amaşov deyib.


Müraciətdə Q.Zahidin Azərbaycanda gündəlik nəşr edilən qəzetə rəhbərlik etdiyi, himayəsində dörd azyaşlı uşağı olduğu bildirilir və onun əfv olunması ilə bağlı məsələyə baxılması xahiş edilir.


Mətbuat Şurasından fərqli olaraq, Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva «Azadlıq» radiosuna demişdi ki, onlar jurnalistin əfv olunması üçün Əfv Komissiyasına müraciət etmək niyyətində deyillər.


«Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov da bildirib ki, nə Q.Zahidin özü, nə dostları, nə də iş yoldaşları əfvlə bağlı müraciət etməyəcəklər: «Onun həbsinə sifariş verənlərdən əfv diləmək absurd çıxır. Mən Qənimət Zahidin bu yaxınlarda əfvə düşəcəyinə inanmıram. Bəhanə də bu olacaq ki, məhkəmə hökmü hələ qüvvəyə minməyib».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid dörd il müddətinə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG