Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

«Yaxın gələcəkdə Qarabağ münaqişəsinin həll ediləcəyini deyə bilmərəm»


«Biz hər iki tərəfin məsələyə məsuliyyətlə yanaşmasında əmin olmağa çalışırıq»

«Biz hər iki tərəfin məsələyə məsuliyyətlə yanaşmasında əmin olmağa çalışırıq»

«Mən yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyini deyə bilmərəm». Amerikanın dövlət katibi Kondoliza Rays belə deyib. «Reuters» xəbər verir ki, bu fikirləri xanım Rays - Konqresdə Dövlət Departamentinin büdcəsinə dair dinləmələrdə çıxışı zamanı bildirib: «Bir neçə dəfə bu məsələ öz həllinə yaxın olub və biz bu istiqamətdə işləməyə çalışacağıq. Amma vurğulamaq istərdim ki, hazırda hər iki tərəfdə problemlər mövcuddur və biz hər iki tərəfin məsələyə məsuliyyətlə yanaşmasında əmin olmağa çalışırıq».
Dövlət Katibi deyib ki, bu yaxınlarda Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz nümayişlərindən sonra tətbiq edilmiş fövqəladə vəziyyət Amerikanı orada bəzi proqramları təxirə salmağa vadar etdi.


Dinləmələrdə kaliforniyalı demokrat Adam Şiff bildirib ki, Buş administrasiyasının Azərbaycana Ermənistandan bir neçə dəfə çox hərbi yardım ayırmaq təklifi pariteti pozur. Konqresmen bildirib ki, prezident İlham Əliyev, son zamanlar münaqişə ilə bağlı anti-Ermənistan ritorikasına üstünlük verir.


Miçiqandan seçilmiş respublikaçı konqresmen Co Nollenberq isə Azərbaycana hərbi yardımın dayandırılmasını təklif edib. Onun fikrincə, Azərbaycan bölgədə müharibə əhval-ruhiyyəsini qızışdırır.


Kondoliza Rays qızışdırıcı ifadələrin işlədilməsindən narahat olduğunu bildirərək, qeyd edib ki, münaqişənin həll edilməsi üçün ən yaxşı yol - hər iki tərəf üçün qapıları açıq saxlamaq və onları ümumi məxrəcə gətirməyə çalışmaqdır.


Bu maliyyə ili üçün Dövlət Departamenti Ermənistana 300 və Azərbaycana 900 min dollar həcmdə vəsait istəyib. Bu, sülhməramlı əməliyyatlarda istifadə edilə biləcək Amerika hərbi təlim və təhsilinə yiyələnmək üçün nəzərdə tutulub.


Xarici Hərbi Maliyyələşdirmə çərçivəsində isə Buş administrasiyası Azərbaycan və Ermənistana, hər birinə $3 milyon vəsait istəyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG