Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

«Bu ölüm halları nə vaxt olub, Amerika bundan xəbər tutub, biz yox?!»


«Bu cür xırda faktlar ABŞ, İngiltərə polisinin fəaliyyətində də var»
«Bu cür xırda faktlar ABŞ, İngiltərə polisinin fəaliyyətində də var»

ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatı nda Azərbaycanda polis, təhlükəsizlik orqanları xüsusi tənqid edilir. Sənəddə deyilir ki, polis təcridxanalarında insanların döyülməsi, işgəncələrin verilməsi dörd nəfərin ölümüylə nəticələnsə də, buna görə, cəzalandırılan olmayıb.


Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) isə deyilənlərlə razı deyil və sənədi qərəzli sayır. DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, polis təcridxanalarında mütəmadi monitorinqlər aparan yerli və beynəlxalq hüquq müdafiəçiləri işgəncə faktları barədə heç bir fakt aşkarlamırlar: «Dövlət Departamenti uzaqdadı, biz isə işin içindəyik. Bu ölüm halları nə vaxt olub, Amerika bundan xəbər tutub, ancaq biz yox?!»


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin məlumatına görəsə 2007-ci ildə dörd nəfər işgəncədən vəfat edib, 63 nəfər işgəncəyə məruz qalıb. Komitənin sədri Elçin Behbudov deyir ki, işgəncələrdən vəfat etmə hallarından üçü orduda, biri isə Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama məntəqəsində baş verib: «Azərbaycanda dəhşətli işgəncə faktları mövcuddur. Özündə kifayət qədər cəsarət tapanlar bizə yazılı müraciət edirlər. İşgəncələr ibtidai istintaq vaxtı, polis şöbələrində, bölmələrində ilkin ifadə alınan zaman verilir».



«Sərxoş polislər məni dövrəyə alıb, müxtəlif istiqamətlərdən başıma zərbələr endirirdilər. Dəyənəklə ayaqlarıma, ayaqlarımın altına vururdular. Daha sonra məni ayağa qaldırdılar. Ayaq üstə dayana bilmirdim, birdən buraxdılar, başım divara dəydi. Sonra sürüyə-sürüyə kameraya atdılar. Döşəməsi metlaxdan olan kamerada gecəni üst paltarsız qaldım, sətəlcəm oldum...»

Behbudovun sözlərinə görə, əvvəlki illərdə işgəncədən ölənlərin sayı daha çox olub.


Keçmiş məhbus Nadir Ağabalayev deyir ki, gözləriylə görməsəydi, 21-ci əsrdə polis şöbəsində bu cür işgəncə verilməsini ağlına belə gətirməzdi: «Sərxoş polislər məni dövrəyə alıb, müxtəlif istiqamətlərdən başıma zərbələr endirirdilər. Dəyənəklə ayaqlarıma, ayaqlarımın altına vururdular. Daha sonra məni ayağa qaldırdılar. Ayaq üstə dayana bilmirdim, birdən buraxdılar, başım divara dəydi. Sonra sürüyə-sürüyə kameraya atdılar. Döşəməsi metlaxdan olan kamerada gecəni üst paltarsız qaldım, sətəlcəm oldum...»


Nadir Ağabalayevin sözlərinə görə, ona işgəncə verəndə törətmədiyi cinayəti boynuna qoymaq üçün hazır ifadələrə qol çəkməsini tələb edirlərmiş. O, bu işgəncələrlə bağı məhkəməyə şikayət etsə də, şikayətini əsassız sayıblar.


Ancaq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov sadalanan halları xırda hüquq pozuntusu adlandırır: «Bu cür xırda faktlar ABŞ, İngiltərə polisinin fəaliyyətində də var. Polis bunları ya bilməməzlikdən və ya nədənsə edib. Bunların hamısı barədə DİN rəhbərinin məlumatı var. Nazir bu faktlarla bağlı qanun çərçivəsində tədbirlər görüb və görməkdədir».


İnsan Hüquqları üzrə müvəkkilin - ombudsmanın 2007-ci illə bağlı parlamentdə verdiyi hesabatda da deyilirdi ki, polis orqanlarında vətəndaşlarla kobud rəftar, əsassız bölməyə aparma, saxlama, döymə, sürücülərin hüquqlarını pozma hallarıyla bağlı 150-yə yaxın fakt aşkarlanıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG