Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Ermənistanda insan haqları pozulur, Gürcüstansa irəliləyir


Hesabatda deyilir ki, Ermənistan təhlükəsizlik qüvvələri bəzən həbs etdikləri insanları döyürlər

Hesabatda deyilir ki, Ermənistan təhlükəsizlik qüvvələri bəzən həbs etdikləri insanları döyürlər

Ermənistanda da keçən il insan haqları pozulması halları olub. ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatında belə deyilir.


Departamentin hesabatına görə, ötən ilin yazında bu ölkədəki parlament seçkisi dünya standartlarına cavab verməyib. Ermənistanının təhlükəsizlik qüvvələri bəzən həbs etdikləri insanları döyürlər, eyni zamanda özəlləşmə, dini azadlıqlar sahəsində də problemlər var.


Dövlət Departamenti hesab edir ki, Ermənistan hökuməti qadınlara qarşı zorakılıq, insan alveri və homoseksualların cəmiyyətdən təcrid olunmaması üçün qanunları gücləndirmir.


Gürcüstana gəldikdə isə hesabatda deyilir ki, rəsmi Tbilisi keçən il insan haqlarının vəziyyəti ilə bağlı irəliləyiş edib, amma problemlər hələ də qalır.


Məsələn, Gürcüstan hakimləri təkmilləşməsi üçün mühüm addım atıb, treninq keçirib. Amma azad mətbuata münasibətdə müsbət məqamlar yetərincə deyil. Departament keçən ilin axırında polislə müxalifət tərəfdarları arasında qarşıdurmanı yada salır, o vaxt Gürcüstanda əsas müstəqil televiziyanın yayımını dayandırılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG