Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

«Azərbaycan Əfqanıstana yardım göstərməyə hazırdır»


«Azərbaycan öz imkanları çərçivəsində Əfqanıstana yardım göstərməyə hazırdır».


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 11-də bildirib.


Ötən həftə NATO Baş katibinin xüsusi nümayəndəsi Robert Simmons Bakını Əfqanıstanın yenidən qurulması prosesində mülki iştiraka çağırıb.


Xəzər İbrahim deyib ki, Azərbaycan Əfqanıstan rəsmiləri ilə bu ölkəyə mülki yardım etmək üçün danışıqlar aparır.


2002-ci ildən Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmət göstərirlər. Ötən ilin sonlarında Milli Məclis onların sayını artıraraq, 22-dən 44-ə çatdırıb.


XS
SM
MD
LG